Qırmızı.az
Ərşad Hüseynov qadın sürücülər barədə maraqlı faktı açıqladı
"DYP-nin qadın sürücülərlə bağlı açıqladığı statistik məlumatlar maraqlı gəldi. Balaca bir araşdırma apardım. Qadın sürücülərin törətdikləri qayda pozuntuları, onların təqsirli olduğu cinayət sayılan yol-nəqliyyat hadisələri əslində qadın sürücülərin say nisbətini nəzərə alanda kişilərlə müqayisədə çox azdır. Hər şeyi rəqəmlər deyir".
Publika.az">Publika.az xəbər verir ki, bu barədə hüquqşünas və nəqliyyat üzrə ekspert Ərşad Hüseynov danışıb.
Qadın və kişi sürücülərin avtomobil qəzaları ilə bağlı statistikasını təqdim edən ekspert qeyd edib ki, qadınlar yol qaydalarına daha ciddi əməl edir.
"Məsələn, 2021-ci ildə ölkəmizdə 1649 cinayət xarakterli yol-nəqliyyat hadisə olub, nəticədə 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb. Elə həmin 2021-ci ildə qadın sürüclərin təqsirli olduğu cinayət xarakterli yol-nəqliyyat hadisələrinin sayı 28, bu hadisələrdə ölənlərin sayı 17, yaralananların sayı isə 18 olub. Bu, isə o deməkdir ki, ölkə üzrə belə hadisələrin cəmi 1,7%-i qadınların hesabına düşür. Qadın sürücülərin təqsirindən ölənlər cəmi həlak olanların 2,4%-ni, yaralanalar isə cəmi xəsarət alanların 1,24%-ni təşkil edir. Amma nəzərə alaq ki, ölkəmizdə qadın sürücülər cəmi sürüclərin təxminən 3-4%-ni təşkil edir. Başqa sözlə, qadın sürücülərin ağır qəza törətmək üzrə göstəriciləri kişi sürücülərinkindən təxminən 2 dəfə yaxşıdır.
Qadın sürücülərin törətdikləri inzibati xəta sayılan qayda pozuntuları da say nisbəti ilə götürüldükdə kişi sürücülərdən əhəmiyyətli dərəcədə azdır. Təhlükəsizlik kəməri bağlamayan sürücülərin təxminən 2%-i qadınlardır.
Mənə maraqlı gələn sürət həddinin aşılması ilə bağlı qadın sürüclərin sayı oldu. 2021-ci il üçün sürət həddini aşan cəmi sürücülərin rəsmi statistikası verilməsə də, əvvəlki illərin statistikası əsasında hesablama apardım. Maraqlıdır ki, 2021-ci ildə sürət həddini aşanların təxminən 5,2%-i qadın sürüclərdir. Bu isə qadın sürücülərin say nisbəti nəzərə alınanda o deməkdir ki, yollarımızda qadın sürüclər sürət həddini kişilərdən daha çox aşırlar. Amma reallıq buna uyğun gəlmir. Hətta tez-tez kişi sürüclər bizim "Düzgün Hərəkət" verilişinə şikayət edirlər ki, qadınlar asta sürdüklərindən yolda bizə mane olurlar. Bəs belə qeyri-adi statistikanın səbəbi nə ola bilər: doğrudanmı qadınlar qaza daha çox basırlar?
Bir az düşünəndə bunun çox sadə, bəlkə də bir az gülməli səbəbi ortaya çıxır: qadın sürüclərimizin xeylisi sadəcə olaraq, hələ ki, radarların yerini yaxşı bilmirlər. Onlardan bəziləri də radarlara kişilər qədər nəzarət etmirlər, bir qismi isə radar görəndə kişilər kimi tormozun üstünə çıxmırlar", - Ə.Hüseynov bildirib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




















.webp)













.jpg)


