Qırmızı.az
Novxanı sakinləri qazın təzyiqi ilə bağlı narazılıq etdi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə Abşeron rayonu, Novxanı kəndində sahibkarlıq subyektləri ilə növbəti dəfə görüş keçirilib.
Publika.az -ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin rəhbər şəxslərinin, sahibkarlara xidmət göstərən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə sahibkarların, habelə sakinlərin təklifləri dinlənilib, sualları cavablandırılıb və onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb.
Daxil olan müraciətlər əsasən payız-qış mövsümlərində təbii qazın təzyiqinin aşağı olması, dövri yoxlama müddəti çatan sayğacların əvəzlənməsi zamanı sonradan ödənişli deyil, əvvəlcədən ödənişli sayğacların quraşdırılması ilə bağlı olub. Həlli mümkün olan müraciətlərin icrası istiqamətində Birliyin məsul şəxsləri tərəfindən yerindəcə tapşırıq verilib. Digər müraciətlərin araşdırılaraq rəhbərliyə təqdim olunması istiqamətində bütün müraciətlər qeydə alınıb.
Qeyd edək ki, “Azəriqaz” İB-nin təşkilatçılığı və dövlət qurumlarının iştirakı ilə belə görüşlər mütəmadi olaraq təşkil olunur. Bütün ölkə üzrə sahibkarlıq subyektləri ilə sayca 21-ci dəfə təşkil olunan “Açıq mikrofon” aksiyasında əsas məqsəd sahibkarların qarşılaşdıqları çətinliklərlə bağlı təkliflərini öyrənmək və onlara dəstək olmaqdan ibarətdir.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)



















.jpg)

.jpg)