Qırmızı.az
“Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında nələr baş verir? - REPORTAJ - FOTO
Yurdumuza bahar gəlir! Boz, çiskin, küləkli hava əhval-ruhiyyəmizi bir qədər dəyişsə də, Novruzun rəngarəngliyi ruhumuzu şənləndirir. Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. Qədim zamanlardan bir sıra xalqlar, həmçinin azərbaycanlılar da yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd edərək şənliklər keçirirdilər. Bu şənliklər Azərbaycanda hər il fərqli-fərqli məkanlarda tarixi adət-ənənələrə sadiq qalınaraq keçirilir. Novruzu bizə bəlkə də bu qədər doğma edən məhz onun qədimliyi və xalqımızın zəngin tarixini bir daha xatırlatmasıdır.
Ənənəvi olaraq hər il Azərbaycanın bir çox bölgələrində Novruz bayramı ilə əlaqədar şənliklər, bayram yarmarkaları keçirilir.
Publika.az “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasından hazırladığı reportajı təqdim edir.
src="/storage/files/upload/68ec83f0fa541228e583a86195d034333c4e6b2b.jpg" style="width: 457px; height: 304.667px;" class="fr-fic fr-dib fr-fil">
Martın 1-də “Nargis” Fondunun təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası Bakı sakinləri və qonaqları üçün qapılarını açıb.
Bu yarmarka ilk dəfə 2019-cu ildə Novruz bayramı ərəfəsində “Nargis” Fondu tərəfindən “Torpaq əlimdə, bahar ürəyimdə” adı ilə təşkil olunub və paytaxtın mərkəzinə əsl bayram sevinci gətirib. 2020-ci ildə dünyanı bürümüş koronavirus pandemiyası səbəbilə yarmarkanın keçirilməsi təxirə salınmasına baxmayaraq, qeydiyyata alınmış körpələr Fond tərəfindən müalicə və əməliyyata göndərilib.
src="/storage/files/upload/9b35574eb24531a1c239009b9222a3ad63bed492.jpg" style="width: 443px; height: 295.333px;" class="fr-fic fr-dib fr-fil">
Xeyriyyə yarmarkasının qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, qeyri-adi, dadlı təamlar dada, isti içkilərlə soyuq havada isinə, sevdikləri ilə birlikdə oyunlar oynaya və əsl Novruz ab-havasını birlikdə kəşf edə bilərlər.
src="/storage/files/upload/90c705feb3329beb2985b76defdff5608acd95c4.jpg" style="width: 470px; height: 313.333px;" class="fr-fic fr-dib fr-fil">
Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. Yarmarkanın nəticələri və ətraflı maliyyə hesabatı yarmarka bitdikdən sonra ictimaiyyətə təqdim olunacaq.
src="/storage/files/upload/c70838c357982432d9d09e18942343498d52ecbf.jpg" style="width: 455px; height: 303.333px;" class="fr-fic fr-dib fr-fil">
Biz də öz növbəmizdə yarmarkadakı vəziyyətlə tanış olmaq üçün yolumuzu paytaxtın Nizami küçəsindən saldıq. Hər il insanların kifayət qədər marağını cəlb edən bu maraqlı məkanda bu il bir o qədər də insan diqqəti cəlb etmirdi. Yarmarkada qurulan evlərdə fəaliyyət göstərən kirayəçilər qeyd edirlər ki, burada insanlar həftə içi və erkən saatlarda axşama nisbətən daha az olur.
src="/storage/files/upload/5a85c8f9b01bb2c78f42b6e1416e91034391ea70.jpg" style="width: 434px; height: 295.12px;" class="fr-fic fr-dib fr-fil">
Üz tutduğumuz məkanda fəaliyyət göstərən mağaza sahiblərinin və vətəndaşların yarmarka barəsində fikirlərini öyrəndik.
src="/storage/files/upload/97ccab0bd498c4ff400b4e8f73dc9a4ba5d08345.jpg" style="width: 473px; height: 315.333px;" class="fr-fic fr-dib fr-fil">
İradə Ramazanova deyir ki, yarmarkaya maraq Yeni illə müqayisədə azdır: “Yeni ildə insanlar daha çox yarmarkaya üz tutur, daha çox əylənir. Bunun səbəbi havaların qeyri-stabil keçməsi, ya da qiymətlərlə əlaqədar ola bilər. Başqa bir məsələ isə yarmarkanın açılış vaxtı ilə əlaqədardır. Çünki hər il yarmarka fəaliyyətə 15 martda başlayırdı, bu il isə mart ayının 1-dən. Ola bilər ki, vətəndaşların bir çoxu bundan xəbərdar deyil. Buna görə də yarmarkaya maraq az olmaqla bərabər, alıcılıq qabiliyyəti də aşağıdır”.
Daha çox çay, kofe kimi içkilərin satışı ilə məşğul olan və İrandan gəldiyini deyən Səid isə qeyd edir ki, müştərilərin marağı kifayət qədərdir: “İsti içkilər satdığıma görə mənim bazarımda digərlərinə nisbətdə durğunluq müşahidə olunmur”.
src="/storage/files/upload/f5109fee5a3cb0d6b678c11c01d678f01598c312.jpg" style="width: 461px; height: 307.333px;" class="fr-fic fr-dib fr-fil">
Aynur Əlizadə bildirir ki, tirə maraq həm Yeni ildə, həm də Novruz yarmarkasında çox olub: “İnsanlar əsasən axşamlar burada yarışıb, fərqli hədiyyələr qazanmağı sevirlər. Təbii ki, yarış olan yerdə onun izləyiciləri də çox olur. Ona görə də tirə maraq dəyişməz olaraq qalır”.
src="/storage/files/upload/b1451c6d573cb3407301dcfb37f8b857a025e008.jpg" style="width: 439px; height: 288.277px;" class="fr-fic fr-dib fr-fil">
Bakı sakini Aqil Adıgözəlli yarmarkadakı ab-havadan razıdır: “Novruzun, baharın gəlişini burada hiss etmək olur. Son 2 il xalqımız üçün çətin keçib. Pandemiya və Vətən müharibəsi insanları psixoloji cəhətdən yorub. Ona görə də insanların bu cür məkanlarda vaxt keçirməyə ehtiyacı var. Arzu edirəm ki, üzümüzə gələn illər daha xoşbəxt illər kimi bizi qarşılasın və yaddaşımıza da o cür həkk olunsun. Hər kəsi bayram münasibətilə təbrik edirəm”.
src="/storage/files/upload/2498c31389faa1aefff4915ab4383d86338efddd.jpg" style="width: 443px; height: 295.674px;" class="fr-fic fr-dib fr-fil">
Qeyd edək ki, 2 illik fasilədən sonra təşkil olunan “Torpaq əlimdə, bahar ürəyimdə” indiyədək “Nargis” Fondu tərəfindən təşkil olunmuş ən böyük xeyriyyə yarmarkasıdır. Belə ki, yarmarka ərazisində 63 böyük ev, 21 balaca ev, 3 restoran, oyun zonası, “yaz evi”, Novruz bayramına aid və digər müxtəlif tematikalı konstruksiyalar quraşdırılıb.
src="/storage/files/upload/ce69de02bdca9785fa15ac8eebbac2ec8cd598fc.jpg" style="width: 509px; height: 329.153px;" class="fr-fic fr-dib fr-fil">
Yarmarka aprelin 10-dək hər gün 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
src="/storage/files/upload/809c21e9dd3919e95da48b7ded77e0ae1fa43cfb.jpg" style="width: 518px; height: 345.333px;" class="fr-fic fr-dib fr-fil">
Foto: Ceyhun Rəhimov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...