Qırmızı.az
Ayaqqabı atan, tonqalda yanan... - Tanınmış xanımlar son çərşənbədə nələr edib? - SORĞU
Novruz bayramının Azərbaycan tarixində məxsusi yeri var. Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur.
Dünən İlaxır çərşənbə idi. Bu gündə bayram süfrələri qurulur, tonqal qalanır və Novruzun fərqli ritualları edilir.
Bəs, mediamızın tanınmış simaları İlaxır çərşənbəni necə qeyd ediblər?
Bunu öyrənmək üçün bir sıra tanınmış aparıcı və jurnalist xanımlarımızla sorğu etdik.
Publika.az">Publika.az sözügedən sorğunu təqdim edir:
src="/storage/files/upload/747ac42f489fe8085d9298a82797d7cafa30a420.jpg" style="width: 429px; height: 286px;" class="fr-fic fr-dib fr-fil">
Aytən Səfərova: “Bayram günlərində əsas adətlərimizdən biri valideynlərimizi görməyə getməkdir. Mən də öz növbəmdə valideynlərimlə görüşməyə, bayramlaşmağa getdim. Çünki insan yaşa dolduqca daha çox övladlarını görmək istəyir. Allah bütün valideynlərə can sağlığı versin. Bayramın digər adətlərindən biri Novruz fallarıdır. Qız vaxtlarımda çiynimin üstündən qapıya ayaqqabı atırdım və ayaqqabının burnu mənə, yəni evə tərəf düşürdü. Axırıncı dəfə Novruz falına baxanda ayaqqabımın burnu qapıya tərəf düşdü və mən həmin il ailə həyatı qurdum. Bu günə qədər də ailəliyəm. İnsan subay olanda Novruz fallarına daha çox maraq göstərir. Bundan başqa, evdə plov dəmlədim, ailəliklə süfrəmizin başına toplaşdıq. Dünən İlaxır çərşənbə olduğuna görə Novruzun adətlərindən biri də tonqal qalanması idi. İlaxır çərşənbədə üstündən tonqal iyi gəlmədisə, o, İlaxır çərşənbə sayılmır. Odlar yurdunda alov insanları xüsusilə birləşdirir. Təbii ki, çərşənbə tonqalından atlandıq, bayramlaşdıq. Xalqımıza can sağlığı, ölkəmizə isə sülh və əmin-amanlıq arzulayıram”.
src="/storage/files/upload/98fbe26b18c6f27e27dd1609a3c6a5d307db7230.jpg" style="width: 360px; height: 408px;" class="fr-fic fr-dib fr-fil">
Nübar Əbil: “Mən hər kəsin inanclarına hörmətlə yanaşıram, lakin mənə inandırıcı gəlmir. Ona görə Novruz bayramı rituallarını heç vaxt etməmişəm. Lakin dünən bayram süfrəsi arxasında çox xoş sözlər danışmışam və evdəki hər kəsin də yadına salmışam ki, bu gün xoş sözlər demək lazımdır. Çünki Novruz fallarında ürəyində arzu tutub yad qapıya qulaq asmaq da var. Mən bunlara çox normal yanaşıram, amma dediyim kimi, özüm heç vaxt etməmişəm. Bakıda Novruzun əsas atributlarından hesab olunan tonqaldan atlanmaq imkanım olmadı. Bunu Novruz bayramı günü rayonda edəcəm”.
src="/storage/files/upload/6b668e973adac3a50f8a18ed574970ee70583416.jpg" style="width: 440px; height: 277.2px;" class="fr-fic fr-dib fr-fil">
Xanım Yadigarlı: “Dünən İlaxır çərşənbədə Azərbaycan Televiziyasının qonağı idik. Verilişdə Novruz adətlərindən danışdıq. Yumurta döyüşdürdük, bayram təamlarından daddıq, hər kəs uşaqlıqdakı Novruz xatirələrindən danışdı. İşdən sonra ailəmizlə süfrə başında toplaşdıq, İlaxır çərşənbəni qeyd etdik. Bizim məhlədə fişəng də atırdılar. İşdən gec gəldiyimə görə tonqaldan atlana bilmədim. Lakin ailəmizlə bir süfrə arxasında oturduq. Xoş söhbətlər etdik ki, qapı falına çıxan olsa, ürəkaçan sözlər eşitsin”.
src="/storage/files/upload/13d12ce5548a3d3ac7a8d39d8a5bf3326c7fa803.jpg" style="width: 372px; height: 372px;" class="fr-fic fr-dib fr-fil">
Nigar Sabirqızı: “Günümün çox hissəsini işdə keçirdiyim üçün ümumiyyətlə, bayramları geniş şəkildə qeyd etməyim mümkün deyil. İlaxır çərşənbəni də ənənəvi şəkildə ailə üzvlərimlə bir süfrə arxasında keçirdim. Bayram şamı yandırdım, boyanmış yumurta döyüşdürdüm və Novruz təamları ilə süfrəmizi bəzədim. Təəssüf ki, zamanım olmadığı üçün qədim adət-ənənələri yerinə yetirə bilmirəm. Novruz falı isə heç vaxt etməmişəm, çünki bu cür inanclarım yoxdur”.
src="/storage/files/upload/4217d219fcf95515b2c6051295f5ed3429c7ce86.jpg" style="width: 395px; height: 395px;" class="fr-fic fr-dib fr-fil">
Xəyalə Rəis: “Uşaq yaşlarımda Novruz bayramına xüsusi hazırlaşırdım. Çünki biz gözümüzü açandan, özümüzü dərk edəndən bunu görmüşük. Bayram günlərində qulaq falına gedər, papaq atar, tonqal yandırıb üzərindən tullanardıq. Bu adətlər indi də var. Amma illər keçdikdən və özümü dərk etməyə başlayandan sonra o adətlərin çoxu mənə mənasız gəlməyə başladı. Əvvəla, papaq namusdur, onu niyə qapılara ataq?! Bir adətimiz onu namus simvolu kimi bizə təqdim etdiyi halda niyə ikinci bir adətlə onu yerlə bir edək ki?! Bu mövzunu özüm də araşdırmışam, ekspertlər də deyir ki, əvvəllər Novruz bayramında qapılara papaq atmırdılar, bacadan xurcun sallayırdılar. Ev yiyəsi də bacadan asılan xurcunu boş qaytarmazdı. Şirniyyat və çərəzlə doldurub geri göndərərdi. Papaq atma isə 20-ci əsrin əvvəllərində yaranıb. Sovet ideologiyası bir çox adətlərin üzərindən xətt çəkdiyi kimi, xurcunu da papaqla əvəz etdi. İkinci bir adətimiz bayram günlərində fala baxmaqdır ki, qızımın fala baxma həvəsini indidən formalaşdırmaq istəmərəm. Mən özüm də buna inanmıram. Biz də tonqal yandırırıq, çünki bu, bizə keçmişdən gələn adətdir, kimisi bunun bizə zərdüştlükdən qalma adət olduğunu söyləsə də, əslində ocaq qalamaq heç də pis adət deyil. Ailəni bir araya toplayır, istilik gətirir. Uzun müddətdir ki, qapımızda tonqal yandırsaq da, üzərindən tullanmıram. Yeniyetmə vaxtımda Novruz bayramında tonqalın üzərindən tullanarkən onun içinə düşdüyümdən həmin gecəni xəstaxanada keçirməli olmuşdum. O gündən sonra mən bir də tonqalın üzərindən tuallanmadım. Qoy elə ağırlığım, uğurluğum özümdə qalsın, mən tonqalın üzərindən tullanmasam da olar. Bu cür adətlərə də inanmıram. Bayram xonçası hazırlayıb, səməni cücərdib, bayram süfrəsində əyləşmək mənim üçün ən gözəl bayramdır”.
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi