Qırmızı.az
Ən ucuz bayram bazarlığı üçün bura gedin! - REPORTAJ - FOTO
Hər il ənənəvi olaraq Kənd Təsərrüfatı Nazirliyi təşkilatçılığı ilə paytaxtın müxtəlif yerlərində “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur. Yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində süni qiymət artımının qarşısını almaq, aztəminatlı əhalinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını sağlam və münasib qiymətli məhsullarla ödəmək, yerli kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. Məhz bu səbəbdəndir ki, yarmarkalara maraq hər il artmaqdadır. Biz də yarmarkada satışa çıxarılan məhsulların keyfiyəti, qiymətlər və ümumi olaraq yaradılan şəraitlə yerində tanış olmaq üçün Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5-də yerləşən yarmarkaya üz tutduq.
Publika.az yarmarkadan hazırladığı reportajı təqdim edir:
src="/storage/files/upload/8ad375527325b4d4f7a3c9c3e267bc26c06c3949.jpg" style="width: 444px; height: 295.642px;" class="fr-fic fr-dib fr-fil">
Əvvəlcə onu qeyd edək ki, bundan əvvəlki illərdə olduğu kimi yarmarkada təmizliyə və gigiyena qaydalarına xüsusi diqqət ayrılıb. Məhsulların keyfiyyətinə nəzarət AQTA-nın xüsusi Səyyar lobaratoriyaları tərəfindən aparılır. Qiymətlər isə market və bazar qiymətlərindən yaxşı mənada fərqlənir.
src="/storage/files/upload/0c486ecc27cb38e5dc8b564f6be5e13838a164bd.jpg" style="width: 452px; height: 301.333px;" class="fr-fic fr-dib fr-fil">
Fermer Hafiz Abdullayev deyir ki, artıq 4 ildir bu yarmarkada iştirak edir, lakin bu il qiymətlərin münasibliyinə görə yarmarkada alıcılıq qabiliyyəti digər illərə nisbətdə daha yüksəkdir: “Alıcılar da məhsulların keyfiyyət və qiymətindən razıdırlar. Qiymət artımının olmadığını vurğulayan fermer əlavə edib ki, buna səbəb məhsulun bolluğudur. Məsələn, bu gün təmizlənmiş Zaqatala fındığı 13, adi ləpə isə 12 manatdır”.
src="/storage/files/upload/deb28138951a0ddec9a54e1163ffa9a7500b2a85.jpg" style="width: 447px; height: 298px;" class="fr-fic fr-dib fr-fil">
Arıçı fermer Qəhrəman İbrahimov bildirib ki, bal yarmarkasından fərqli olaraq bayram yarmarkasında bütün qida məhsulları satışa çıxarılıb: “Fermer kimi həm də öz sitrus meyvələrimizi satışa çıxarmışdım, artıq hamısını satmışam. Ona görə hazırda sadəcə bal satışı ilə məşğulam. Son 2-3 gündür yarmarkaya maraq bir qədər də çoxalıb. Biz də çalışırıq ki, alıcılarımıza endirimlər edək. Alcılarımız bunu nəzərə alsınlar və endirimli, həmçinin keyfiyyətli bal almaq istəyirlərsə, bizim piştaxtaya yaxınlaşsınlar”.
src="/storage/files/upload/42dd45b1559ea976e20185dc1c380b881de125f2.jpg" style="width: 452px; height: 301.015px;" class="fr-fic fr-dib fr-fil">
Fermer Elşad Mirzəyev isə yarmarkada yaradılan şəraitdən ağızdolusu danışır: “Yarmarkadakı vəziyyətdən çox razıyıq, alıcılıq qabiliyyəti də yüksəkdir. Fermer üçün bundan yaxşı nə ola bilər ki?! Həm məhsullarımızın kənddən şəhərə daşınması üçün logistika dəstəyi verilib, həm lazımlı avadanlıqlar pulsuz şəkildə təşkil olunub, həm də fermerlərin satış etməsi üçün səliqəli bir məkan yaradılıb. Bizə isə öz məhsulumuzu satmaq qalır. Hər kəsi bayram yarmarkamıza dəvət edirik”.
Təbii ki, alıcılarımızın da fikirlərini öyrənməsək, olmazdı.
src="/storage/files/upload/aca6cc8201f5cf842e53196c8af71094117e2dd3.jpg" style="width: 450px; height: 299.307px;" class="fr-fic fr-dib fr-fil">
Paytaxt sakini Həmidə Quliyeva deyir ki, yarmarkada qiymətlər münasibdir: “Burada satış edən şəxslər öz məhsullarını bazara çıxarıblar. Yəni biz məhsulu arada vasitəçi olmadan birbaşa fermerdən alırıq. Bu isə daha keyfiyyətli məhsulu daha ucuz qiymətə almaq deməkdir. Ona görə də bayramlarda bu yarmarkaya üz tuturam. Yaradılan şərait və məhsulun keyfiyyəti həqiqətən çox yaxşıdır”.
src="/storage/files/upload/5a1038736e5652bc9c30f9c154c65f656260bf52.jpg" style="width: 456px; height: 304px;" class="fr-fic fr-dib fr-fil">
Həbib Mirzəyev isə bildirir ki, bu yarmarkaya ilk dəfə gəlib: “Düzü buradakı şəraiti və məhsulları gördükdən sonra özümə də təəccüblü gəldi ki, niyə indiyə qədər yolumu bu yarmarkadan salmamışam?! Bayram süfrəsi üçün lazım olan bütün qida məhsulları, hətta Novruzun atributlarından sayılan səməni də satışa çıxarılıb burada. Qiymətlər də münasibdir. Ona görə bu yarmarkaya yenə gələcəm”.
“Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Qalib Bəhrəmov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 12-19 mart tarixlərində Novruz bayramı ilə əlaqədar olaraq “Kənddən Şəhərə” Novruz yarmarkaları təşkil olunub: “Yarmarkalar Bakı və Abşeronda 3 fərqli ünvanda keçirilib. Yarmarkalar Bakı şəhərində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı) Abşeronda isə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanında yerləşir. Yarmarkalarda 100 nəfərə yaxın fermer iştirak edir və onlar 50 ayrı regionu təmsil edirlər. Həmçinin, burada 50-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışı həyata keçirilir. Yarmarkalarda iştirak fermerlər üçün tamamilə ödənişsizdir. Onlar ödənişsiz şəkildə soyuducu, piştaxta və digər avadanlıqlarla təmin olunublar. Eyni zamanda məhsullarının gətirilməsidə çətinlik çəkən fermerlərə logistik dəstək də göstərilib”.
src="/storage/files/upload/db9e3304403f289d49c4a13743f2105d4772fa08.jpg" style="width: 460px; height: 306.667px;" class="fr-fic fr-dib fr-fil">
Qurum rəsmisi vurğulayıb ki, satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Səyyar qida lobaratoriyaları da fəaliyyət göstərir: “Vətəndaşlar hansısa bir məhsulun keyfiyyətinə şübhə edərlərsə, həmin lobaratoriyaların xidmətlərindən yararlana bilərlər. Qeyd edək ki, bu dəfəki yarmarkalarımızda müxtəlif fermer korparativlərinin nümayəndələri də iştirak edirlər və müxtəlif çeşiddə kənd təsərrüfatı məhsullarını satışa çıxarıblar. Yarmarkamızda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı təşkilatı ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı nəticəsində regionlarda fermerlərin inkişafı üçün həyata keçirilən layihə nəticəsində fermerlər də yarmarkalara gəliblər. Onlar da müxtəlif çeşiddə quru meyvələr və arıçılıq məhsullarını satışa çıxarıblar”.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...