Qırmızı.az
Şahbaz Quliyevin gizli çəkilmiş şok görüntüləri yayıldı: GÖRÜN NƏLƏR EDİR - VİDEO
Saxta qazilərin iş adamları, dövlət qurumlarını şantaj etməsi zaman – zaman ictimailəşib. Bu məsələ son olaraq erməni əsirliyindən qaytarılan Şahbaz Quliyevin 3 gün əvvəl keçirdiyi aksiya ilə gündəmə gəldi. O, həmin aksiyada dövlət qurumlarından şikayət edir, sosial vəziyyətinin ağır olduğunu iddia edirdi.
Publika.az xəbər verir ki, “Yeni Sabah” Şahbaz Quliyev haqda sensasion məlumat və videogörüntü əldə edib. Bəlli olub ki, o aksiya keçirəndən sonra birbaşa Xırdalan şəhərinə yollanıb. Şəhərin Heydər Əliyev prospektindəki “Proqress-2016” MMC-nin yeni tikilən binanın sahibindən 160 kvadratmetr qeyri-yaşayış sahəsi tələb edib.
Təqdim etdiyimiz görüntü binanın satış ofisində qeydə alınıb. Ş. Quliyev və yanında olan digər “qazilər” şirkətin rəhbəri Emin Səməndərovu şantaj edərək ondan obyekt yeri tələb edirlər. Şirkət sahibi onlara 100 kv.metr yer verdiyini desə də, Ş. Quliyev 160 kv.metr istəyir. Tərəflər arasında mübahisə yaranır. Quliyev və yanında gələnlər otaqda qadınların olmasına baxmayaraq söyüşlərdən istifadə edirlər. Hətta qazilərin də ünvanına təhqirlər səsləndirilir.
Bu mübahisənin sonunun necə başa çatdığı videogörüntüdən aydın olmur.
Amma aydın olan odur ki, Ş. Quliyev erməni əsirliyində olmasından istifadə edərək nəinki dövlət qurumlarını, sahibkarları da bu formada şantaj edərək imtiyazlar əldə etməyə çalışır.
Videonu təqdim edirik:
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO

































