Qırmızı.az
Uçquna görə bağlanan Lahıc yolu ilə bağlı YENİ XƏBƏR - YENİLƏNDİ
İsmayıllı-Lahıc avtomobil yolunun uçqun nəticəsində bağlanan hissə açılıb, avtomobillərin hərəkəti bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Agentliyin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi əraziyə cəlb edilib.
"Yolda hərəkət bərpa olunub, tökülmüş qaya parçaları təmizlənib. Yalnız yolun kənarında bir qaya parçası qalıb. Onu götürmək üçün xüsusi texnika çağırılıb. Gün ərzində həmin qaya parçası da təmizlənəcək", - qurum rəsmisi bildirib.
xxx
09:55
İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu baş verib. Səhər saatlarında baş verən uçqun səbəbindən torpaq və daşlar avtomobil yoluna tökülüb. Bununla da nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb. Dağ uçqunu yolu böyük ərazidə bağlayıb.
Məsələ ilə əlaqədar ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli Publika.az-a açıqlamasında bildirib ki, hazırda əraziyə texnika cəlb olunub. Yaxın saatlarda yol açılacaq.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat











.jpg)





















