Qırmızı.az
Maşını yoxdur, adına çoxsaylı cərimələr gəlir - VİDEO
Vətəndaş bir neçə ildir maşın və motosiklet idarə etmədiyini, lakin ona çoxsaylı cərimələr gəldiyini iddia edir. Özü də cərimələrin bir qismi onun öncədən istifadə etdiyi motosiklet nömrələrinə gəlsə də görüntülərdə qeydə alınan nəqliyyat vasitəsi avtomobildir. Belə bir vəziyyət hansı hallarda yarana bilər və vətəndaş nə etməlidir, ekspert aydınlıq gətirib.
Yakuşev Stanislav Ələskəroviç iddia edir ki, o neçə ildir ki, avtomobil və motosiklet istifadə etmədiyi halda onun adına cərimələr gəlir. Hazırda Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Stanislavın sözlərinə görə o əvvəllər avtomobil və motosiklet idarə edib. Ancaq bir neçə ildir ki, onun həmin nəqliyyat vasitələrinə sahiblik hüquqi yoxdur və onları idarə etmək üçün aldığı etibarnamələrin müddəti də illər öncə bitib.
Stanislav bildirir ki, cərimələrin bir qismi onun öncədən istifadə etdiyi motosiklet nömrələrinə gəlsə də görüntülərdə qeydə alınan nəqliyyat vasitəsi avtomobildir.
Məsələ ilə bağlı Xəzər Xəbərə danışan ekspert Ərşad Hüseynov bildirdi ki, bu cür hadisənin yaşanmasının səbəblərindən biri verilən etibarnamələrin müddətsiz olması və ya sistemdə səhvən müddətsiz qeyd edilməsi ola bilər. Ancaq əgər motosiklet əvəzinə cərimə avtomobilə gəlirsə vətəndaş bununla bağlı Baş Dövlət Yol polisi idarəsinə rəsmi olaraq müraciət etməlidir. Yol polisi də bu məsələni araşdırıb qanuna uyğun qərar verəcək.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)