Qırmızı.az
Ruhi Əliyeva şəhid anaları ilə İFTAR SÜFRƏSİNDƏ - VİDEO
İş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva növbəti dəfə şəhid anaları ilə bir araya gəlib. Onlar üçün iftar süfrəsi açan iş xanımı süfrədəki təamları öz əli ilə hazırlayıb. Şəhid anaları ilə yanaşı iftar süfrəsinə ilahiyyatçı Hacı Şahin Həsənli, millət vəkili Fazil Mustafa və xalq artisti, muğam ifaçısı Fərqanə Qasımova da qatılıb.
Publika.azNews24.az xəbər verir ki, iftar süfrəsində hər kəsə təşəkkür edən Ruhi Əliyeva öncə bunları deyib: “Ramazan ayı sevincdir, müjdədir, mükafatdır, yaradanın bəndəsinə lütfüdür. Bu ayda o, öz sevgisindən, nurundan yer üzünə daha çox pay göndərir, deyirlər. Yaradan istər ki, hər kəs ruhunu, nəfsini tərbiyə eləsin, hər kəsin könlündə barış, mehribanlıq, paylaşmaq və şükranlıq hissləri olsun. Ələlxüsus, bu mübarək ayın iftarını Vətən torpaqlarının bütövlüyü üçün canını qurban edən oğulların yadigarları ilə birgə keçirmək bir onur, bir fəxarətdir. Bu gün bura təşrif buyuran şəhid anaları bizi, süfrəmizi şərəfləndiriblər”.
Daha sonra o, bildirib ki, şəhid anası olmaq hər kəsə nəsib olmayan bir məqamdır: “Övladını alnından öpüb, Vətən üçün qurban olmağa yola salan böyük ürəkli analar, dəyərli bacılar! Ramazan ayında sizlərlə birgə olmağın xoşbəxtliyi bir başqadır. Türk xalqı tarix boyunca hər zaman Vətən, millət, bayraq və inancları üçün ömrünü fəda etməyi, şəhid olmağı bacarıb. Bu ənənəni, bu cəsurluğu o oğullara siz aşılamısız. Onlara Vətən sevgisini, torpaq eşqini siz öyrətmisiniz. Sizin və o mərd oğulların sayəsində bu gün alnımız açıq, üzümüz ağdır”.
İş xanımı qeyd edib ki, şəhid ailələri, əzizləri dövlətimiz və millətimiz üçün hər zaman dəyərlidir: “Dövlət başçımız cənab İlham Əliyev, birinci xanım Mehriban xanım Əliyeva şəhid analarına, şəhid ailələrinə xüsusi həssaslıqla, sevgi və sayğı ilə yanaşır. Onların həyat şəraitinin yaxşılaşdırılması, problemlərinin həllinə xüsusi diqqət göstərir. Təbii ki, biz də bu addımların davamı, bu örnək əməllərin ardıcılı olaraq daim şəhid yaxınlarının yanında olmağa çalışırıq. Şəhid anaları bizim baş tacımız, qürurumuz, əbədi borclu olduğumuz şəxslərdir”.
İftar süfrəsində günün iftar duasını səsləndirən ilahiyyatçı Hacı Şahin “Hədisi qüdsi”dəki bir deyimi xatırladıb: "Bir kəlam var, orda deyilir ki, şəhid ailələrinin içində şəhidin canişini mənəm. Görün, şəhidin adı nə qədər ucadır ki, Allah deyir, şəhidi əvəz edən mənəm. Hər kim şəhid ailəsini sevindirsə, məni sevindirər, kim onları narahat etsə, məni narahat edər. Yəni Allah şəhid ailəsinin həm sevincini, həm də kədərini özünə aid edir. Müharibələrin bir qazancı, bir xeyri o ola bilər ki, Allah xalqın içində gizlətdiyi dostlarını bizə tanıtdırır. Belə hadisələrdə Allah şəhidləri xalqın içindən seçir. Bu mənada hər bir şəhid Allahın xalqa mükafatıdır. Bəzi insanlar o qədər yaxşıdır ki, Allah onların əməllərinə qarşılıq mükafat vermək istəyəndə düşünür ki, dəyərcə az olar. Onlara yaxşılığının qarşılığı olaraq belə bir nemət nəsib edir, Vətən uğrunda, haqq uğrunda onların doğmaları qurban gedir. Bu, asan məsələ deyil. Hər kəsin qurban qəbul olunmaz. Bu məqam hər kəsə nəsib olmaz”.
“Bu övladlar hamımızın balasıdır. Hamımız üçün ağırdır”. Bunu isə millət vəkili Fazil Mustafa bildirib.
“Amma “sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?” Kimimizsə qurban olmalıyıq ki, torpağın qorunmasını təmin edək. Bizim tanımadığımız uşaqlar bir günün içində qəhrəmana çevrildilər. Onların sayəsində biz bu rahatlığı əldə eləmişik. Dövlətin başı ucaldı, xalqın başı ucaldı. Onların ruhu qarşısında baş əyirik”, - deyə millət vəkili qeyd edib.
“Ana” mahnısı ilə tədbirdəkiləri kövrəldən Xalq artisti Fərqanə Qasımova isə deyilən fikirlərə bunları əlavə edib: “Həqiqətən də sizlər seçilmiş bəndələrisiz ki, Allah övladlarınızı belə yüksək məqama ucaldıb. Mən şəhid adına açılan süfrələrə müqəddəs süfrə kimi baxıram. Yediyimiz bütün təamlar cənnət meyvəsi kimi dadır. Çünki burada şəhidlərin ruhu, onların adı var. Süfrə şəhidlərin adına xatir açılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxundu.
src="/storage/files/upload/1650528108_9.jpg" alt="" class="fr-fic fr-dii">src="/storage/files/upload/1650528098_12.jpg" alt="" class="fr-fic fr-dii">src="/storage/files/upload/1650528100_11.jpg" alt="" class="fr-fic fr-dii">src="/storage/files/upload/1650528101_10.jpg" alt="" class="fr-fic fr-dii">src="/storage/files/upload/1650528111_8.jpg" alt="" class="fr-fic fr-dii">src="/storage/files/upload/1650528113_7.jpg" alt="" class="fr-fic fr-dii">src="/storage/files/upload/1650528115_6.jpg" alt="" class="fr-fic fr-dii">src="/storage/files/upload/1650528143_1.jpg" alt="" class="fr-fic fr-dii">src="/storage/files/upload/1650528143_2.jpg" alt="" class="fr-fic fr-dii">src="/storage/files/upload/1650528143_3.jpg" alt="" class="fr-fic fr-dii">src="/storage/files/upload/1650528144_4.jpg" alt="" class="fr-fic fr-dii">src="/storage/files/upload/1650528144_5.jpg" alt="" class="fr-fic fr-dii">
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”