Qırmızı.az
BSU-da şəhid məzunun anım mərasimi keçirildi - FOTO
Bakı Slavyan Universitetinin (BSU) məzunu, Vətən müharibəsi şəhidi, fotoqraf Elnur Allahverdizadənin anım mərasimi keçirilib.
Publika.az">Publika.az xəbər verir ki, tədbir universitetin foyesində şəhidin fotoşəkillərinin sərgisi ilə başlayıb.
Şəhidin valideynləri, digər şəhid ailələri, qazilər, universitetin rəhbərliyi, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə şəhidlər bir dəqiqəlik sükutla yad edilib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova şəhid ailəsinə təşəkkür edib: “Biz bu gün şəhid oğlumuzu yad edirik. Tədbirdə şəhid ailələri, qazilər iştirak edir. Hamısının qarşısında baş əyirik. Elnur universitetimizin fəxr, qürur mənbəyidir”.
Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu şəhidin istedadını yüksək qiymətləndirib: “Hər bir fotoqraf həyatı iki saniyəlik özünə xas şəkildə görüb bunu əbədiləşdirir. Siz bu gün sərgidə 25 il yaşamış Elnurun iki saniyəlik müddətdə həyatı necə gördüyünü izləyirsiniz. O istedadlı oğlan, gözəl insan idi. Valideynlərinə belə oğul böyütdükləri üçün təşəkkür edirəm”.
Daha sonra BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov çıxış edib: “Hər bir insanın bu həyatda bir amalı, bir missiyası var. Elnur özünə xas şəkildə öz missiyasını başa vurdu. Bu sərgidə izlədiyimiz fotoşəkillər bizim həyata baxışımızı dəyişə bilər. Bu şəkillərdə böyük bir baxış, fərqli bir fəlsəfə var. O öz şəhidliyi ilə də böyük bir fotonu görüb, bizə əmanət edib xudahafizləşdi. Şəhidin ailəsinə təşəkkür edirəm”.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxışında birlik olaraq hər zaman şəhid ailələrinin və qazilərin yanında olduqlarını bildirib: “Onlar öz canlarını siz bu gün firavan olasınız, bu ali məktəbdə rahat təhsil alasınız deyə qurban etdilər. Bizim üçün təsəlli budur ki, onlar yaddaşlarda yaşasınlar. Simvolik olaraq şəhidin çəkdiyi 25 fotoşəkilin qarşısındayıq. Biz də onun yaratdıqlarını yaşatmalıyıq. Şəhidlər yalnız unudulanda ölürlər. BSU ilə yaxından tanış olduq. Universitetdə vətənpərvərliyin təbliği yüksək səviyyədədir. Bu universitetdən belə qəhrəman insanların çıxmağı da normal haldır”.
Şəhidin anası Süsən Həsənova oğlu haqqında danışıb və universitetə tədbirin təşkilinə görə təşəkkür edib: “Bu universiteti oğlumla birlikdə seçdik. Sənədləri onunla sbirlikdə universitetə gəlib təqdim etdik. Elnur qayğıkeş və istedadlı oğul idi. O həm özünə, həm də digərlərinə hörmət etməyi bacaran oğlan idi. Müəllimləri onun haqqında heç vaxt mənə mənfi söz deməyiblər. O, bizi başıaşağı etməyib. Mən onunla fəxr edirəm. Universitetə təşəkkür edirəm”.
Daha sonra şəhidin atası Əli Həsənov çıxış edib: “Mən onun döyüş yolundan çox danışmaq istəmərəm. Elnur çox qürurlu döyüş yolu keçib. Topçu olub və qənimət olaraq götürülmüş top ilə döyüşüb. Düşməni öz silahı ilə məhv etmək onun prinsipi idi. Hamı şəhid valideynlərinə borclu olduğunu deyir. Mən isə müəllimlərinə təşəkkür etmək istəyirəm. İnsanın vətəndaş kimi formalaşmasında müəllimlərin əməyi danılmazdır. Tədbirə görə çox təşəkkür edirəm”.
Tədbir universitetin akt zalında davam edib.
Foto: Ceyhun Rəhimov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...