Qırmızı.az
Vətəndaşların BÖYÜK PROBLEMİ: “Manatlıq taksilər” ləğv edilir? - VİDEO
Video əlavə olunub.
xxx
Məşhur “manatlıq taksilər” barəsində yəqin ki, eşitməyən qalmayıb. Bu taksilərə tələbat niyə artır?
Publika.az">Publika.az məsələ ilə əlaqədar araşdırmasını təqdim edir:
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, məsələyə problem kimi yanaşmaq doğru deyil: “Bu məsələyə daha diqqətlə, daha dərindən yanaşmaq və köklərinə varmaq lazımdır ki, sözügedən problem niyə var. Hər kəs 1 manatlıq taksilər deyir, lakin mən bu ifadə ilə razı deyiləm. Kimi 1, kimi 2 manata işləyir. Burada əsas məsələ odur ki, bu taksilər faktiki olaraq konkret marşrutlar üzrə, məsələn, Binə qəsəbəsindən Koroğlu metrosuna, Hövsan qəsəbəsindən 28 May metrosuna və yaxud 20 Yanvar metrosundan Xırdalan şəhərinə sərnişin daşıyırlar. Onlar faktiki marşrut üzrə hərəkət edirlər və digər taksilərdən fərqlidirlər. Ona görə sərnişin daşıyırlar ki, həmin adamların mobillik ehtiyacını ödəyəcək ictimai nəqliyyat yoxdur. Bu taksilər avtobusların funksiyalarını yerinə yetirirlər. Məsələyə bu cür yanaşmaq lazımdır”.
src="/storage/files/upload/7baed4373ac3109f4b7ae1aba55e7e7305013c52.jpg" style="width: 427px; height: 230.58px;" class="fr-fic fr-dib fr-fil">Ə.Hüseynov vurğulayıb ki, problemin həlli həmin istiqamətlər üzrə kifayət qədər avtobusların ayrılmasıdır: “Onda bu məsələ həllini tapa bilər. İnsanlar görsələr ki, ayrılmış avtobuslar daha komfortlu, daha təhlükəsizdir o zaman bu avtobuslardan istifadə edəcəklər. Bu ərazilərdə kifayət qədər avtobuslar olmadığına görə bu taksilərə tələbat azalmaq əvəzinə artır. Onların yol hərəkəti qaydalarını pozmaları məsələsinə gəldikdə isə bildirməliyəm ki, həmin şəxslər də adi sürücüdür və onlara da yol polisi tərəfindən nəzarət olunmalı, taksi sürücüsü kimi xüsusi hazırlıq keçməlidirlər. Bunu dövlət qurumları təmin etməli və həmin şəxslər bundan sonra fəaliyyətə davam etməlidirlər”.
src="/storage/files/upload/6ea6aa49901d6d36d11078419486e7736bd20497.jpg" style="width: 431px; height: 283.758px;" class="fr-fic fr-dib fr-fil">
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib ki, ətraf kənd və qəsəbələr üzrə sərnişindaşımaların yaxşılaşdırılması, sərnişinlərə daha müasir, daha təhlükəsiz və daha rahat xidmətin göstərilməsi prioeritet məsələdir: “Davamlı olaraq yeni avtobuslar gətirildikcə ətraf kənd və qəsəbələr istiqamətində marşrut xətləri üzrə yenilənmələr olur. Misal olaraq qeyd edə bilərəm ki, Qaraçuxur, Qala-Türkan, Zabrat-Maştağa, Zığ-Hövsan, Lökbatan istiqamətlərində müasir iritutumlu avtobuslar istismara verilib”.
Qurum rəsmisi bildirib ki, aparılan təhlillər onu göstərir ki, yeni avtobuslar xəttə verildikdən sonra da sərnişinlər qeyri-leqal daşımalardan istifadəyə üstünlük verirlər: “Özünüz də yəqin şahidi olmusunuz ki, qanunsuz sərnişindaşıma vasitələri avtobus dayanacaq məntəqələrini, ona yaxın əraziləri zəbt edirlər və nəticədə avtobusların hərəkətində çətinliklər yaranır, intervalda ləngimələr olur. Belə olan halda sərnişin gedəcəyi ünvana daha tez çatmaq üçün qanunsuz daşımalara üz tutur. Hətta bir çox hallarda qanunsuz sərnişindaşımalarla məşğul olanlar bilərəkdən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətinə maneə yaradırlar”.
M.Ağayev vurğulayıb ki, BNA bu hallara qarşı mübarizə aparır: “Avtomobilini avtobus dayanacaq məntəqəsində saxlayan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür. Hesab edirik ki, qanunsuz sərnişindaşımalara qarşı da ardıcıl və təsirli tədbirlər görülərsə, bu halda müsbətə doğru dəyişikliklər mümkündür”.
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib - FOTO
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO