Qırmızı.az
“Vərdiş” Narkotikə yox de! - FOTO
Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında 130 nəfərin iştirakı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Narkomaniya bəlası ilə mübarizədə “VƏRDİŞ” qısametrajlı filmin çəkilişi və geniş ictimaiyyət arasında təbliği” layihəsi çərçivəsində “Vərdiş” Narkotikə yox de! adlı qısametrajlı filmin təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, tədbiri layihənin koordinatoru Kənan Qubadzadə açıb.
Layihə rəhbəri bildirib ki, layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir: “Film 7 dəqiqə ərzində həm səsli, həm də ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideynləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuatda, televiziyalarda yayımlanacaq, youtubda və digər sosial şəbəkələrdə paylaşılacaq”.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Vüqar İskəndərov, Jalə Əhmədova, Müşfiq Cəfərov və ekspertlər Bayram Aslanov, Ruhi Əliyeva, Anar Sarıyev çıxışlarında bildiriblər ki, narkomaniya günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq-mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.
Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)