Qırmızı.az
Əlillik ala bilmədiyinə görə damarlarını kəsən Qadirlə bağlı daha bir AÇIQLAMA
Xəbər verdiyimiz kimi, mayın 11-də Vətən Müharibə iştirakçısı Cəfərov Qadir Habil oğlu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gələrək, ona əlillik təyin olunmadığı üçün damarlarını kəsib.
Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə münasibət bildirib.
Qeyd edilib ki, Vətən müharibə iştirakçısı, Ağcabədi rayon sakini Q.Cəfərov müharibədə yaralandığına görə 550 manat birdəfəlik sığorta ödənişi ilə təmin olunub.
“Digər Vətən müharibəsi iştirakçıları kimi, Q.Cəfərova da yüksək səviyyədə ehtiram və diqqət göstərilsə də, o, məhz əlillik təyin olunmasını tələb edir. Halbuki, onun sağlamlıq vəziyyəti ona əlillik təyin etməyə əsas vermir.
Mayın 4-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilərkən, müəyyən olunub ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Q.Cəfərova dair təqdim edilən şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də, Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir. Ona görə də əlillik təyin edilməsindən imtina qərarı verilib”.
Nazirlikdən əlavə edilib ki, Q.Cəfərov bu qərarla razılaşmayıb, mayın 11-də yenidən Agentliyə gələrək verilmiş qərarı dəyişmək, qurumu qeyri-qanuni qərar çıxarmağa təhrik etmək məqsədilə təhdidedici hərəkətlər edib, sonra da özünə xəsarət yetirib.
Əldə etdiyimiz məlumata görə, Q.Cəfərova “Müharibə veteranı” adı verilərək, Prezidentin aylıq təqaüdü təyin olunub.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
































.jpg)

.jpg)