Qırmızı.az
ÜST-də fövqəladə səhiyyə vəziyyətlərinə hazırlıq barədə müzakirə olacaq
Bazar günü Cenevrədə açılacaq 75-ci Ümumdünya Səhiyyə Assambleyasının (mayın 28-dək davam edəcək - red.) iştirakçıları pandemiyanın dərslərini nəzərə almaqla qlobal ictimaiyyətin fövqəladə hallara cavab verməyə hazırlığının gücləndirilməsinə diqqət ayıracaqlar.
Publika.az">Publika.az xəbər verir ki, 2019-cu ildən bəri ilk dəfə əyani keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas illik forumunda 194 ÜST-yə üzv dövlətin nümayəndələri iştirak edəcək.
Forumun əsas mövzusu “Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya” olacaq. Nümayəndələr qlobal səhiyyəni fövqəladə hallara cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün yol xəritəsini, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida məhsullarının təhlükəsizliyi sahəsində strategiyanı və davamlı maliyyələşdirmə məsələsini müzakirə edəcəklər.
Assambleya ÜST-nin Baş Direktorunu beş illik səlahiyyət müddətinə təyin edəcək. Təşkilatın İcraiyyə Komitəsinin yanvar sessiyasında bu vəzifəyə ÜST-nin hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun (Efiopiya) namizədliyi irəli sürülüb.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)