Qırmızı.az
Azərbaycanda adı olub, özü olmayan tibb məntəqəsi - REPORTAJ - FOTO
Göygöl rayonunun ən iri yaşayış massivlərindən biri hesab edilən və beş minə yaxın sakinin məskunlaşdığı Hacıməlik qəsəbəsində yerləşən tibb məntəqəsi yararsız vəziyyətdədir. Bu vətəndaşlara tibbi yardım göstərilməsi üçün fəaliyyət göstərən məntəqənin təəssüf ki, özünün ciddi yardıma ehtiyacı var.
Publika.az-ın yerli bürosunun əməkdaşı sözügedən tibb məntəqəsinə baş çəkib və vəziyyətlə yerində tanış olub.
Bura qəsəbədə fəaliyyət göstərən yeganə tibb məntəqəsi, eyni zamanda, ərazidə yaşayan minlərlə sakinin ümid yeridir. Lakin mövcud vəziyyət səbəbindən insanlar oraya deyil, onlarla kilometr uzaqlıqda yerləşən tibb məntəqələrinə üz tutmaq məcburiyyətində qalırlar. Bu isə kənd sakinlərinin haqlı etirazına səbəb olur. Çünki ilkin tibbi yardım göstərilməli olan xəstə belə, kilometrlərlə yol qət etməli olur ki, bu da həm əlavə xərc, həm də təhlükə deməkdir.
Uzun illərdir baxımsız halda qalan məntəqədə tibbi yardımdan söhbət belə gedə bilməz. Məntəqə odun parçaları ilə dolub-daşır, burada gözə çarpan tibbi avadanlıqlar isə hara gəldi atılıb.
Məntəqədə iki çarpayı diqqət çəkir, dərmanların saxlanılması üçün nəzərdə tutulan soyuducular isə tamamilə boşdur. Tibb məntəqəsinin ən ciddi problemi isə ixtisaslı həkimin olmamasıdır. Bu uçuq binada həkim olsa nə işə yarayacaq ki?!
Tibb məntəqəsinin baş tibb bacısı Sədəf Məmmədova deyir: "Həkimimiz, maşınımız yoxdur. Durum çox acınacaqlıdır”.
src="/storage/files/upload/101ea7c7ec2dd105e2eb0c86dd20fdbf21eda54a.jpg" style="width: 638px; height: 359.795px;" class="fr-fic fr-dib fr-fil">
Vəziyyətlə bağlı minlərlə Hacıməlik vətəndaşının hansı əziyyətlərələ qarşı-qarşıya olduğunu təsəvvür etmək çətin deyil. Sakinlər adi bir tibbi müdaxilə üçün rayon mərkəzinə və şəhərə getməyə məcbur qalırlar.
Qəsəbə sakini Qərənfil Budaqova tibb məntəqəsinin yararsız vəziyyətindən gileylənir: “Nə şərait var, nə də həkim. Bura gəlirik, baxan yoxdur. Xəstələrimizi Gəncəyə və ya rayona aparırıq. Yaxşı şəraiti olsaydı, biz də burada müalicə alar, uzun məsafələr qət edib başqa yerlərə getməzdik”.
Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev deyir ki, rəsmi statistikaya əsasən, hazırda Göygöldə 33 tibb məntəqəsi var:
src="/storage/files/upload/bb1ec6256002a48b58311941d1664f46f7ca3458.jpg" style="width: 654px; height: 368.239px;" class="fr-fic fr-dib fr-fil">
“Onlaran biri də Hacıməlik qəsəbə tibb məntəqəsidir. Tibb məntəqəsi bu il əsaslı təmir ediləcək. Məntəqənin qaz xətti ilə təmin olunması və tam mükəmməl tibb məntəqəsinə çevrilməsi nəzərdə tutulub”.
Onun sözlərinə görə, tibb məntəqəsinin ixtisaslı həkimlərlə təmin olunmasına gəlincə, cari ildə bu problem aradan qaldırılacaq və Göygöl rayonunun kəndlərində fəaliyyət göstərən tibb və həkim məntəqələrinə tam ixtisaslı həkimlər ayrılacaq.
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib



























.jpg)
.jpg)




