Qırmızı.az
Səlcuk Bayraktar: "Azərbaycanla bağlı planlarımız var"
Qarabağ müharibəsi ilə türk orduları dünyada PUA-larla qələbə qazanılmış ilk müharibəyə imza atdı. Bununla içimizdə qanayan yara sonlandı.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Baykar" şirkətinin texnoloji lideri, T3 Vəqfi qəyyumlar şurasının sədri Səlcuk Bayraktar deyib.
Onun sözlərinə görə, qardaş ölkələrin birliyini gücləndirmək, texnologiyanı birlikdə inkişaf etdirmək səbəbilə TEKNOFEST-in Azərbaycanda keçirilməsinə qərar verilib:
"Şənbə günü Türkiyə və Azərbaycan prezidentləri, Nobel mükfataçısı Əziz Səncər finalçılara mükafatlarını təqdim edəcəklər.
"Baykar" olaraq işlərimiz davam edir. Mən özüm də startapları bəyənirəm. "Baykar" olaraq Azərbaycanda texnologiyanın inkişaf etdirilməsi üçün hədəflərimiz var. Bunu yaxın zamanda həyata keçirməyi düşünürük. "Akıncı" və "TB2"nin yüksək texnoloji tərəfləri ilə bağlı inkişaf etdirdiyimiz məsələlər var.
Bu festivallar insan qabiliyyətininin üzə çıxmasına vəsilə olacaq. İnsanlarımız, istedadlarımız xaricdə yox, ölkələrinin texnologiyasını inkişaf etdirib, öz PUA-larını yaradacaqlar.
Futbola verdiyimiz dəyər qədər texnologiyanın inkişafına da xüsusi diqqət yetirməliyik ki, ölkəmiz bu sahələrdə müstəqil olsun".
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
































.jpg)

.jpg)