Qırmızı.az
Fazil Mustafadan şəhid ailələri ilə bağlı TƏKLİF - VİDEO
“Bir neçə gün öncə Milli Məclisin qarşısına Gəncədən bir qrup insan gəlmişdi. Onlar məni dəvət etdilər, söhbət edəndə məlum oldu ki, şəhid ailələri üzvüdürlər və 18 yaşdan böyük şəxslərdir. Həmin insanların şəhid ailəsinin üzvü kimi tanıdılması ilə bağlı sənəd almaqda problemləri var. Bu məsələyə müvafiq dövlət orqanı xüsusi diqqət yetirməlidir, biz bunun formasını tapmalıyıq”.
Publik.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin dünənki iclasında səsləndirib.
F.Mustafa bu problemin həll edilməsi üçün təkliflərini qeyd edib.
“18 yaşa qədər şəhid ailəsi üzvlərinin hüquqları ilə bağlı qanunvericilikdə geniş müddəalar var və bu, tətbiq olunur. 23 yaşa qədər də müəyyən müddəalar var. Ancaq digər yaş kateqoriyasında olan şəxslər bu sənədi ala bilmədikləri üçün hansısa dövlət qurumuna müraciət edəndə şəhid ailəsinin üzvü olduqlarını sübut etməkdə çətinlik çəkirlər. Bu problem həll edilməlidir. Mən bununla bağlı Türkiyə təcrübəsini də araşdırmışam. Bu məsələni həll etmək üçün dövlət orqanları ilə həmahəng çalışan qeyri hökumət təşkilatlarının tanınması və onların bu cür ailələrin üzvlərinə sözügedən vəsiqələrin verilməsini təmin etməsi yerində olar. Çünki onlar qəlbi qırılmış insanlardır, Vətən yolunda atalarını, yaxınlarını itiriblər və bu adı daşımaq haqlarıdır”, - deputat qeyd edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
