Avropanın ən hündür torpaq bəndi - Mediatur - FOTO
Bizi izləyin

Qırmızı.az

Avropanın ən hündür torpaq bəndi - Mediatur - FOTO

5 iyun "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramıdır.

Publika.az">Publika.az xəbər verir ki, bu münasibətlə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Taxtakörpü su anbarına meditur təşkil olunub.

Jurnalistlər su anbarı, onun iş prinsipi, elektrik stansiyası ilə tanış olublar. Qurum rəsmiləri media nümayəndələrinin suallarını cavablandırıb və ölkənin su təminatı ilə bağlı görülən işlərdən danışıblar.

Taxtakörpü su anbarının ölkə üçün əhəmiyyətindən danışan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev bildirib ki, bu obyekt Azərbaycanın şimal bölgəsinin su təminatı ilə yanaşı, Sumqayıt, Bakı şəhərləri və Abşeron rayonunun içməli su tələbatının ödənilməsində mühüm rol oynayır. O, qeyd edib ki, Taxtakörpünün əsas su mənbəyi olan Samur çayında son 4 ildə qlobal iqlim dəyişikliyi fonunda su axını ilbəil azalır. Buna görə də bu obyektlə ölkədə əhalinin etibarlı içməli suya olan tələbatı təmin edilir: "Bu su anbarının istifadəyə verilməsi ilə əhalinin içməli su ilə bağlı problemi demək olar ki, hiss olunmadı. Əgər Taxtakörpü su anbarı tikilib istifadəyə verilməsəydi, son 4 ildəki su qıtlığı səbəbindən insanlar evlərinə qablarda su aparmalı olardılar. Qabaqlayıcı tədbir kimi bu anbarın tikilib istifadəyə verilməsi əsas verir ki, biz bu problemin qarşısını aldıq və vaxtından əvvəl bu tədbirlər həyata keçirildi. Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə yanaşı, Şimal regionunda 50 min hektardan yuxarı torpaqların tu təminatı həyata keçirilir. Bunun da 30 min hektarı yeni suvarılan torpaqlardır".

Daha sonra jurnalistlər su elektrik stansiyası ilə tanış olublar.

Taxtakörpü su anbarının Su elektrik stansiyası ilə birlikdə tikintisi 2013-cü ilin sentyabr ayında başa çatdırılıb və 19 iyul 2013-cü il tarixdən su anbarının su ilə doldurulmasına başlanılıb. Taxtakörpü su anbarında toplanan su Ceyranbatan su anbarına ötürülməklə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini içməli su ilə təmin edir və bununla yanaşı ərazisindən keçən Şabran, Siyəzən, Xızı və Abşeron rayonlarının əkin sahələrini suvarma suyu ilə təmin edir.

Taxtakörpü su anbarından birbaşa ötürülməsi nəticəsində 13-15 milyon manat ildə elektrik enerjisinə qənaət olunur. Digər tərəfdən uzun illər istismar olunan Ceyranbatan su anbarının istismar müddəti 100 ildə uzadılıb. Samur-Abşeron Suvarma Sisteminin yenidənqurulması layihəsi başa çatandan sonra 31 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə verilib.

Prezident İlham Əliyev öz çıxışlarında qeyd edib ki, əgər Taxtakörpü su anbarı vaxtında inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Bakı, Sumqayıt şəhərlərinin, ölkənin şimal zonasının və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının içməli, texniki və suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə Şabran rayonu ərazisində Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintisi təklif olunub. Tapşırığa əsasən Türkiyənin "Təməlsu" Beynəlxalq Mühəndis Xidmətləri Şirkəti tərəfindən 2005-ci ildə "Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintisi” nin layihəsi və tender sənədləri hazırlanıb. 2006-cı ilin 8 sentyabr tarixində beynəlxalq tenderin qalibi "Azərkörpü" SC-nin (indiki "Evrascon" şirkəti) liderliyi ilə "Azərenerjitikintiquraşdırma” SC və Türkiyənin “Təməlsu" şirkəti tərəfindən 2006-cı ildə tikintiyə hazırlıq işlərinə başlanılıb. İlham Əliyev 8 noyabr 2007-ci ildə ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birlikdə təməlqoyma mərasimində iştirak edib.

Taxtakörpü su anbarının ümumi su tutumu 268,4 mln kubmetr, faydalı həcmi isə 238,4 mln kubmetrdir. Bəndinin hündürlüyü 136,5 m, uzunluğu 1180 metrdir. Su anbarı istifadəyə verildiyi gündən bu günə qədər anbara toplanan suyun miqdarı 3 milyard 254 milyon kubmetr olub ki, bu suyun 3 milyard 50 milyonu Ceyranbatan su anbarına nəql olunub.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm