Qırmızı.az
Zəlimxan Məmmədli: “Gürcüstan qadağası hələ də üzərimdədir”
“Biz hər il Borçalıda Elat yurdunu ziyarət aksiyaları keçiririk. Pandemiya dönəmində müəyyən axsamalar oldu. Əgər alınacaqsa, mühit olacaqsa, daha çox əhalinin iştirakı ilə bu il də Elat bayramı təşəbbüslərimiz olacaq”.
Bunu Publika.az-a açıqlamasında Borçalı Cəmiyyətinin keçmiş sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli deyib.
Zəlimxan Məmmədli 8 il əvvəl Gürcüstana girişinə qoyulan qadağadan da danışıb:
“Gürcüstana girişimlə bağlı qadağa hələ də götürülməyib. 2014-cü ilin oktyabrın 19-da mənim Gürcüstana girişimlə bağlı verilmiş qadağa qərarı hələ qüvvədədir. Ötən müddətdə qərarın ləğvi ilə bağlı həm Azərbaycanın XİN-ə, həm də Gürcüstanın müvafiq orqanlarına onlarla müraciət göndərmişik. Hələlik müsbət bir cavab yoxdur. Əslində bu, daha çox siyasi məsələdir. Ola bilsin dünyada baş verənlər Gürcüstanda bu cür naqisliklərin aradan qaldırılmasına gətirib çıxaracaq”.
O, Gürcüstana girişinə qadağa qoyulmasında maraqlı olan qüvvələrdən də bəhs edib: “Mənim Gürcüstana girişimlə bağlı qadağanı Gürcüstan hakimiyyətində təmsil olunan qüvvələrin, o cümlədən Rusiya və İranın bəlli dairələrinin işi kimi dəyərləndirirəm. Çünki Elat bayramı bölgədə barış, sülh bayramıdır. On minlərlə insanın toplaşdığı mədəniyyətin təqdimatı, konfliktlərdən imtina bayramıdır. Məsələnin kökü buradadır. Səbəb isə apardığımız fəaliyyətin bu hissəsindədir. Biz iki dövləti, iki xalqı, iki dini, iki mədəniyyəti yaxınlaşdırmaq istəyirik. Bu isə iki dövlət arasındakı konflikt mühitinin aradan qalxması deməkdir. Bunu istəməyənlər isə sadaladığım qüvvələrdəndir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)















.jpg)
.jpg)
