Qırmızı.az
Şəxsi avtomobilinizdən istifadə etməyin – Xəbərdarlıq
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar vətəndaşlara növbəti dəfə çağırış edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az">Publika.az-a bildirib ki, iyunun 6-dan iyunun 13-dək keçiriləcək bu mötəbər yarışla əlaqədar paytaxt ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin bir sıra küçə və prospektləri hərəkətə bağlanmış və istiqamətlər dəyişdirilib. Yarışla əlaqədar avtomobil sahiblərindən iyunun 13-dək mərkəz istiqamətlərində hərəkətlərini məhdudlaşdıraraq əsasən ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik.
Vaqif Əsədov yollarda müşahidə olunan son vəziyyətlə bağlı sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edib.
“Paytaxt ərazisində Dövlət Yol Polisi və aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş qaydada xidmətlərini davam etdirir. Nizamlayıcı qismində əməkdaşlarımızın verdiyi bütün göstərişlərə sürücülərimiz diqqətlə əməl etməlidirlər. Gündəlik hərəkətin fasiləsizliyini, süni sıxlıqların yaranmaması üçün isə mərkəzə doğru səfərləri azaltmalı, vətəndaşlarımızdan daha çox ictimai nəqliyyata üstünlük verməyi də xahiş edirik”, - deyə İdarənin bölmə rəisi vurğulayıb.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)