Qırmızı.az
Sosial şəbəkədə şantajla üzləşdikdə nə etməli? - Osman Gündüz
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər. DTX-nin keçirdiyi əməliyyatda 15 yaşlı azərbaycanlı qızın ermənilər tərəfindən necə ələ alındığı müəyyən olunub.
Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Publika.az-a bildirib ki, sosial şəbəkə istifadəçiləri istənilən məqamda ehtiyatlı olmalı, şübhə duyduqları və bu kimi təhlükəli hallarla qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarını məlumatlandırmalıdırlar.
src="/storage/files/upload/884f55d452ce7740f7b609e6d833b50270469591.jpg" style="width: 334px; height: 222.667px;" class="fr-fic fr-dib fr-fil">
“Azyaşlı sosial şəbəkə istifadəçilərinə hansısa şirnikləndirici şeylər, müəyyən xidmətlər təklif oluna, əvəzində isə nələrsə alına bilər. Eyni zamanda onlar müxtəlif şantaj və böhtanla üzləşə bilərlər. İstifadəçilər bu kimi hallarda diqqətli olmalı, təhlükə hiss etdikləri zaman aidiyyəti qurumlara, ilk növbədə hüquq-mühafizə orqanlarına bildirməlidirlər.
Əgər şantaja və ya digər bu kimi hallarla üzləşən şəxs azyaşlıdırlarsa, valideyninə məlumat verməli, onlar da hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Çünki belə hallar daha çox azyaşlılarla bağlı ola bilər, ona görə də valideynlərin buna nəzarət etməsi, təhsil müəssisələrində bununla bağlı maarifləndirmə işlərinin aparılması doğru olar. İndiki məqamda, xüsusilə də TikTokda və digər sosial şəbəkə platformalarında başda təhsil və ictimai qurumlar olmaqla, azyaşlı və yeniyetmələrlə bağlı müxtəlif təşkilatlar, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti və digər aidiyyəti orqanlar tərəfindən müəyyən izahat xarakterli maarifləndirmə işlərinin aparılması vacibdir”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi































.jpg)

.jpg)