Qırmızı.az
Manat dollar qarşısında dəyər itirə bilər? - Deputatdan AÇIQLAMA
ABŞ-ın mərkəzi bankı funksiyasını həyata keçirən Federal Ehtiyatlar Sistemi (FED) bu həftə növbəti toplantısını keçirərək, son 28 ilin ən sərt faiz artımını edə bilər. Bazarlar FED-in uçot dərəcəsini 0,75 bənd artıracağını gözləyir. Fyuçer qiymətləndirmələrinə əsasən, FED-in bu həftəki iclası da daxil olmaqla, növbəti üç iclasda 1,75 faiz bəndi faiz artımına gedəcək. İlk iclasda faizlər 0,75 bənd, növbəti hər bir iclasda isə 0,5 bənd artım elan olunacağı proqnozlaşdırılır.
Bəs dollarda faiz artmına gedilməsi Azərbaycan manatına nə dərəcədə təsir edəcək?
src="/storage/files/upload/5f08d447e142110fde28b817f46c413490a81acb.jpg" style="width: 415px; height: 327.85px;" class="fr-fic fr-dib fr-fil">
Məsələ ilə əlaqədar Publika.az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov bildirib ki, bunun Azərbaycan manatına heç bir təsiri olmayacaq.
Ekspert əlavə edib ki, manatın ucuzlaşması üçün neftin qiyməti aşağı düşməli və ya dollar ehtiyatı olmamalıdır: “Bu problem də Azərbaycanda yaşanmır. Neftin qiyməti yüksəkdir. O cümlədən, dollar ehtiyatları da kifayət qədərdir”.
V.Əhmədov vurğulayıb ki, pul tədavülündə də ciddi bir çətinlik görünmür: “ABŞ uçot dərəcəsini artırsa da, Azərbaycan manatına təsir etməyəcək. Çünki, manat tənzimlənir və onun tənzimlənməsində ciddi problemlər yoxdur”.
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
































.jpg)

.jpg)