Qırmızı.az
Divardakı qan ləkəsində narkotika aşkarlanmadı... - Qurum rəsmisi
Goranboy rayonunda yerləşən məktəblərdən birinin sinif otağından narkomanların istifadə etdiyi ilə bağlı xəbər yayılıb. Məsələ sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Sözügedən təhsil müəssisəsi Goranboy rayonundakı 2 saylı tam orta məktəbdir.
Publika.az məsələ ilə əlaqədar Gəncə Regional Təhsil İdarəsinin Goranboy üzrə sektor müdiri vəzifəsinin əvəzedicisi Kifayət Rzayeva ilə danışıb.
O, söyləyib ki, hadisə ilə əlaqədar rayonun 2 saylı tam orta məktəbinə dəfələrlə getmişəm: “Divarda olan qan ləkələri tibbi ekpetizada analiz olunub və həmin qanın tərkibində narkotik maddə aşkarlanmayıb. Bu xəbəri yazanlar hüquq-mühafizə orqanlarının araşdırmasından sonra qətiyyətlə deyə bilərlər ki, divardakı ləkə nə ləkəsidir. Qana bənzəyən hər ləkə heç də qan ləkəsi deyil. Hazırda istintaq gedir və yəqin bu barədə rəsmi məlumat ictimaiyyətə təqdim olunacaq. Bu xəbərlər sifarişlə yazılıb. Oradakı qanın biokimyəvi analizinin cavabı yoxdursa, hüquq-mühafizə orqanları tərəfindən tibbi ekspertizanın rəyi təqdim olunmayıbsa, hansı əsasla yazırlar ki, o qan hansısa narkomanın qanıdır. Burada insan başı kəsildiyi və ya həmin qanın tərkibində narkotik maddə olduğu təsdiqlənərsə, buyurub onda yazarlar. Həmin vaxta qədər heç kimin buna ixtiyarı yoxdur. Biz də bu qərəzli xəbəri yazan şəxsləri məhkəməyə verəcəyik ki, gəlib buradakı qanın narkomanlara aid olduğunu sübut etsinlər. Məsələ ilə əlaqədar araşdırma aparılır və istintaqın nəticəsi bizə təqdim olunan zaman rəsmi şəkildə bunu ictimaiyyətlə bölüşəcəyik”.
K.Rzayeva vurğulayıb ki, 2 saylı orta məktəb ənənəsi olan bir məktəbdir: “Respublika üzrə pilot məktəb olub. Hazırda qəzalı vəziyyətdədir və orada təmir işləri aparılır. Sözügedən bina da yardımçı binadır və xadimələrin istifadə etdiyi bir otaqdır. Məktəbin 2 hektar ərazisi var və orada 10 qarovulçu da olsa, gecə vaxtı binaya kimsə girib-çıxa bilər”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?























.jpg)
.jpg)






