Sosial-iqtisadi inkişafa dair keyfiyyət hesabatının hazırlanması vacibdir - Deputat
Bizi izləyin

Qırmızı.az

Sosial-iqtisadi inkişafa dair keyfiyyət hesabatının hazırlanması vacibdir - Deputat

“2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəy daha çox kəmiyyət indikatorları əsasında hazırlanıb və daha yaxşı olardı ki, keyfiyyət, performans təhlili də aparılsın. Çünki fiskal siyasətdə xərclənən və ya xərclənməyən hər bir manatın iqtisadiyyata təsiri, sektoral effektlərin dəyəndirilməsi vacibdir. Sənəddən də görünür ki, rəy daha çox büdcənin kassa-icrası əsasında hazırlanıb və icra ilə proqnozun müqayisəsi formasında təqdim edilib. Bu baxımdan, Azərbaycanda sosial-iqtisadi inkişafa dair Milli Priortetlər nəzərə alınmaqla keyfiyyət hesabatının hazırlanması vacibdir”.

Publika.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, büdcə icrası zamanı fiskal inkluzivlik səviyyəsinin ayrıca qiymətləndirilməsinə vacibdir: “Fiskal siyasətdən birbaşa və dolayı faydalananların, yəni benefisiarların ayrıca qiymətləndirilməsi, qeyd edilməsi məqəsədəuyğun olardı. Digər tərəfdən, büdcə xərclərinin əsas milli prioritetlərdən olan dayanıqlı iqtisadi inkişafa təsirlərinin ayrıca keyfiyyət meyarları ilə qiymətləndirilməsinə ehtiyac var. Bu fiskal siyasət ilə iqtisadi hədəflərin hansı səviyyədə mütənasib olduğunu və fiskal xərcləmələrin yaratdığı iqtisadi dəyəri ölçməyə imkan verər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) büdcə icrası zaman fiskal siyasətin yaşıl iqtisadiyyat, gender siyasətinə təsirlərinin ayrıca qiymətləndirilməsini tövsiyyə edir. Hər iki istiqamət Azərbaycan üçün prioritetdir və bu istiqamətlərin rəydə ayrıca qeyd olunması vacibdir. Digər tərəfdən, rəydə ortamüddətli dövr üçün müəyyənləşdirilmiş hədəflərarası uyğunluğun aydın təqdim olunması, keyfiyyət indikatorların istifadə olunması və xüsusən də ortamüddətli dövr üçün hədəflərlə ayrılan vəsait arasında mütənasiblik gözlənilməsi də önəmlidir. Bir sıra hallarda Orta Müddətli Xərclər Çərçivsində hədəflərə nail olunması səviyyəsi ilə maliyələşmə dərəcəsi arasında qeyri-mütənasiblik özünü göstərir”.

Deputat bildirib ki, 2021-ci il dövlət büdcəsi icrasının nəticələri bir daha təsdiq edir ki, proqnozlar ilə icra arasında kəskin fərq ötən ildə də müşahidə olunub: “Büdcə gəlirlərində proqnoza nisbətən daha çox artımın qeydə alınması iqtisadiyyatın ağırlaşması ilə bağlı islahatların dərinləşməsi, inflyasiya səviyyəsinin proqnozdan daha çox olması ilə bağlıdır. Bununla belə, inflyasiya üzrə faiz proqnozlaşdırılandan 3.7 faiz bənd yüksək olub. Amma xərclərdə proqnoza nisbətən kənarlaşma daha çox olub. 2021-ci il dövlət büdcəsi 28 milayrd 543 milyon manat təsdiq olunsa da, xərclər 96,1 faiz və ya 27 milyard 422 milyon manat icra olunub. Bu o deməkdir ki, proqnozlaşdırılan və ya təsdiq edilən 1 milyard manatdan artıq vəsait istifadə olunmayıb. Aydındır ki, nəzərdə tutulan vəsaitlərin xərclənməməsi iqtisadi aktivlik baxımdan arzuolunan deyil. Digər tərəfdən, büdcə kəsirində proqnoza nisbətən kənarlaşma 67,1 faiz olub. Bu isə proqnozlaşdırma metodologiyasına yenidən baxılmasını aktuallaşdırır. Bir sıra əsas istiqamətlər üzrə xərclərin ÜDM-də və büdcə gəlirlərində payı aşağı olaraq qalmaqdadır. Xüsusilə, səhiyyə və elm xərclərində artımların nəzərdə tutulmasına baxmayaraq, bu xərclərin ÜDM-də payı aşağıdır. Qeyd edək ki, səhiyyə xərclərinin ÜDM-də payı Rusiyada 5,6 faiz, Türkiyədə 4,3 faizdir. Ölkəmizdə bu rəqəm 2,1 faiz təşkil edir. 2021-ci ildə elm xərclərinin ÜDM-də xüsusi çəkisi cəmi 0.2 faiz olub. Qeyd edək ki, elm xərclərinin ÜDM-də payı Rusiyada 1 faiz, Türkiyədə 1,1 faiz, dünya üzrə ortalama 2,2 faizdir. Bu isə o deməkdir ki, sözügedən iki xərcin ÜDM-də çəkisinin artırılması və beynəlxalq ortalama standartlarına çatdırılması üçün maliyələşmənin genişləndirilməsi məqsədəuyğun olardı”.

V.Bayramovun sözlərinə görə, digər mühim məqam xərcləmələrin daha çox sonuncu rüb və ya dekabr ayına təsadüf etməsidir: “Ötən ilin dekabr ayında 2 milyard 180 milyon proqnozlaşdırılsa da, 3 milyard 671 milyon manat xərclənib. Dekabr ayında dövlət büdcəsi gəlirlərinin faktiki icrası 3671,1 mln. manat təşkil edib ki, bu da proqnozla müqayisədə 1491,1 mln. manat və yaxud 68,4 faiz çox olmaqla icra edilmiş cəmi büdcə gəlirlərinin 13,9 faizinə bərabərdir. 2021-ci ildə dövlət büdcəsi xərclərinin 35,4 faizi ilin son rübündə icra edilib. 2020-ci ildə 29,4 faiz idi. Bu o deməkdir ki, ötən il xərclənən hər 100 manat vəsaitin 35 manatdan çoxu sadəcə bir rübdə, yəni sonuncu rübdə xərclənib. Xüsusilə dekabr ayında 5 milyard 102 milyon manatın xərclənməsi, bir mənbədən satış metodu ilə vəsaitlərin istifadəsi, onların böyük əksəriyyətinin təşkilatların bank hesabında qalmasına, akkreditivlərə yönəldilməsinə gətirib çıxarıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm