Qırmızı.az
Brilliant Dadaşova: "Nərminin qardaşı 12 yaşından xəstəlikdən əziyyət çəkir"
Xalq artisti Brilliant Dadaşova "Şourum" verilişində Türkiyədə xəstəxanaların birində qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən qohumu, müğənni Nərmin Kərimbəyovadan danışıb.
Publika.az">Publika.az xəbər verir ki, Brilliant Dadaşova ifaçının qardaşının 12 yaşından xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb: "Atası Malik də bu problemə görə qəflətən ürəktutmasından dünyasını dəyişdi. Biz həmişə problemlərimizi gizlətmişik. Elə oldu ki, Nərmin bunu gizlədə bilmədi. Gizlətməli bir şey qalmadı".
Brilliant Dadaşova sənətdə Nərmin Kərimbəyovaya dəstək olmadığını deyib: "Yaxşı müğənniyə dəstək? O mənə desəydi ki, hansısa verilişə çıxaq, məmuniyyətlə çıxaram. Bir-iki verilişə çıxmışıq. Özümüz zəng etmişik ki, Nərmin də verilişə gəlsin, ailəmiz olanda... Amma düşünürəm ki, Nərminin buna ehtiyacı yoxdu. Çünki onun öz dəst-xətti var.
Nərmin balaca vaxtından oxuyur, sadəcə universiteti bitirdi, ailə qurdu. Mən inanmırdım ki, səhnəyə çıxsın. Amma nə yaxşı ki, səhnəyə çıxdı".
Qeyd edək ki, Nərmin Kərimbəyovanın qardaşı “Hepatit B” xəstəliyindən əziyyət çəkir.
(Teleqraf.com)
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır














.jpg)

















.jpg)

.jpg)