Qırmızı.az
DİM ali məktəblərlə əməkdaşlığa başladı - FOTO
Bu gün DİM Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti ilə maliyyə sahəsində savadlılığın artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması məqsədilə Anlaşma Memorandumu imzalayaraq rəsmi əməkdaşlığa başlayıb.
Publika.az">Publika.az xəbər verir ki, mərkəz tərəfindən keçirilən tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev, Bəhram Xəlilov, ali təhsil müəssisələrinin rektorları, DİM-in strateji tərəfdaşı ACCA-in Türkiyə Regional Mərkəzinin rəhbəri Filiz Demiröz və bazarın inkişafı və genişləndirilməsi üzrə meneceri Ülgen Kıymık Coşkun, həmçinin Maliyyə Nazirliyinin nümayəndəsi, DİM-in əməkdaşlıq etdiyi peşəkar mühasib təşkilatlarının nümayəndələri, Mərkəzin struktur bölmə rəhbərləri, eləcə peşəkar mühasib sertifikatı imtahanından yüksək nəticə toplayan mühasiblər iştirak ediblər.
Tədbirdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin əməkdaşlıq üçün göstərdiyi marağı yüksək qiymətləndirib və bu razılaşmanın maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, tələbələrin həm nəzəri biliklər, həm də praktik bacarıqlarla silahlandırılması istiqamətində müstəsna rol oynayacağını qeyd edib.
Sədr PMS imtahanlarının IFAC (Beynəlxalq Mühasiblər Federasiyası) standartlarına uyğunlaşdırılması, PMS-ə sahib şəxslərin ACCA-in müvafiq kvalifikasiyalarından azad olması mexanizmləri, peşəkar inkişaf proqramlarının hazırlanması və sertifikasiya prosesi ilə inteqrasiyası kimi məsələlərə toxunub, həmçinin DİM tərəfindən keçirilən PMS imtahanları haqqında statistik məlumatlar təqdim edib, DİM-in Maliyyə Nazirliyi, peşəkar mühasib təşkilatları və tədris mərkəzləri ilə əməkdaşlığını xüsusi vurğulayıb. Məleykə Abbaszadə ACCA-in Türkiyə Regional Mərkəzinin nümayəndəliyinin iştirakı xüsusilə qiymətləndirilib və Filiz Demiröz bu əməkdaşlığın əhəmiyyəti, eləcə də ACCA kvalifikasiyalarının yaratdığı imkanlar barəsində çıxış edib.
Qeyd edək ki, DİM-in ali təhsil müəssisələri ilə imzaladığı memorandumlar DİM və ACCA arasındakı Anlaşma Memorandumundan irəli gələn fəaliyyətlərin icrasına töhfə də verəcək.
FOTO: Rüfət Mikayılov
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO


































.jpg)

.jpg)