Qırmızı.az
Hərbi Dəniz Qüvvələrində keçirilən təlim başa çatdı - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim yekunlaşıb.
Bu barədə Publika.az">Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimdə tək və taktiki qrup şəklində döyüş tapşırıqları yerinə yetirilib, şərti düşmənin hava və dəniz hədəfləri məhv edilib, sualtı diversiyaya qarşı qumbaraatma fəaliyyəti, eləcə də döyüş atışları icra olunub.
Taktiki təlim zamanı Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə HDQ-nin bölmələri tərəfindən neft-qaz boru kəmərləri rayonlarında patrulaparma fəaliyyətləri, həmçinin qəzaya uğrayan gəminin təxliyyəsi üzrə epizodlar da məşq etdirilib.
Sonda ümumi fəaliyyətlər təhlil edilib, qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd olunub.
Qeyd edək ki, müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
