Qırmızı.az
Rusiyalı alimin "Azərbaycanda zəlzələ olacaq" iddiasına cavab: Təəssüf ki... - Video
09:08
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Sergey Pulinets bildirib ki, Qafqazda, Azərbaycanda, Türkmənistanda, Ərəbistan yarımadasında Türkiyə zəlzələsi ilə əlaqəli hadisələr mümkündür.
Bu mövzu ilə bağlı Publika.az-a danışan Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, seysmoloq Ənvər Əliyev deyib ki, Ərəbistan istisna olmaqla, sadalanan ərazilər seysmik zonada yerləşir:

“Təəsüf ki, Azərbaycanda da tektonik hərəkətlər tez-tez qeydə alınır. Sadəcə balı aşağı olduğu üçün biz bunları hiss etmirik.
Dünyanın üç ən böyük tektonik cəhətdən yüksək olan seysmik qurşaqları var. Bunlardan biri Alp-Himalay qurşağıdır ki, biz də bu qurşağın bir hissəsinə daxilik. Bu qurşağa daxil olan ölkələrdə zəlzələ olması çox normal haldır”, - o deyib.
Seysmoloq qeyd edib ki, təbii fəlakətdən sığortalanmadığımız halda, bu barədə ciddi şəkildə düşünməli və tədbirlər görməliyik.
“Elə ölkələr var ki, orada zəlzələ bizdən də aktiv sahədə yerləşir və yüksək ballı tektonik hadisələr qeydə alınır, amma ölüm halları, demək olar ki, yox dərəcəsindədir”.
Zəlzələni təbii fəlakət adlandıran Ə.Əliyev diqqətə çatdırıb ki, binanın çökməyi insan məsuliyyətizliyinin nəticəsidir.
“Əgər başqa ölkədə 9 bal gücündə zəlzələdə bina çökmürsə, demək ki, ərazilərini nəzərə alaraq binaları dayanıqlı tikiblər”.
Aydan Beydullayeva
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI

















.jpg)









.png)




