Qırmızı.az
İcbari tibbi sığorta yaxın günlərdə tətbiq oluna bilər
"Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı hazırlıq işləri gedir". Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsəvər Ağayev deyib.
O bildirib ki, bu, əvvəl pilot şəkildə həyata keçiriləcək, sonra
isə bütün respublikanı əhatə edəcək: "Yaxın zamanlarda bunu tətbiq
edəcəyik. Bəzi ölkələrdə bunun tətbiqi əvvəlcə problemlə
qarşılanıb. Bəzilərində isə tətbiq edildikdən sonra imtina edilib.
Bütün bunları nəzərə alaraq biz bu işə elə başlamaq istəyirik ki,
sonradan problemlə üzləşməyək. Biz artıq uyğun modeli seçdiyimizi
düşünürük. Qanunvericilik bazası da hazırdır".
Nazir müavini ailə həkimi məsələsinə də toxunub və Azərbaycanda bu
təcrübənin olduğunu bildirib: "Artıq bir neçə ildir ki,
Azərbaycanda ailə həkimi hazırlanır. Gələcəkdə bu iş daha geniş
vüsət alacaq. Xüsusən də tibbi sığorta tətbiq edildikdən sonra ailə
həkimləri öz funksiyasını daha yaxşı göstərəcək".
Gülxar Şərif
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?




































