Qırmızı.az
Avtobus qəzaları ilə bağlı statistika açıqlandı
Bakıda yük avtomobilləri və avtobusların iştirakı ilə baş verən qəzalar zamanı ümumilikdə 28 nəfər ölüb, 87 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən bildiriblər ki, 2014-cü ilin 9 ayı ərzində yük avtomobillərinin iştirakı ilə 49 yol qəzası baş verib. Qəzalar nəticəsində 19 nəfər ölüb, 47 nəfər yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 3 fakt, yaralananların sayı 8 nəfər azalsa da, ölənlərin sayı 6 nəfər artıb.
Hesabat dövründə avtobusların iştirakı ilə 40 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 9 nəfər ölüb, 40 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 3 fakt, yaralananların sayı 13 nəfər, ölənlərin sayı isə 19 nəfər azalıb.
Bundan əlavə, sərnişindaşımada yol hərəkəti qaydalarını pozan 1526 sürücü aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində paytaxtın inzibati ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb.
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO





















.jpg)















