Qırmızı.az
21 yaşlı Bilalın bu gün qız toyu, ayın 13-də isə oğlan toyu olasıydı…
Şamaxılı jurnalist Fəxrəddin Orxan Şamaxıda baş verən təbii fəlakətlə bağlı Publika.Az-a məlumat verib. O, bildirib ki, təbii fəlakət baş verən gün Şamaxı rayonunda hava normal olub: "Heç kəsin ağlına gəlməzdi ki, belə bir fəlakət baş verə bilər. Hava günəşliydi. Hətta küçədə, bayırda qısaqol köynək geyənlər də diqqəti çəkirdi. Qara buludlar şəhərin üzərini qəflətən aldı və dərhal yağış yağmağa başladı. Çox keçmədən doluya çevrilən yağış intensiv xarakter aldı. Küçələrdə yaranan güclü su axınları yalnız şəhərin xüsusi relyefinə görə Şamaxıya ciddi ziyan vurmadı. Amma sözsüz ki, həyətyanı əkinlər zərərsiz ötüşmədi. Şamaxıda dərhal elektrik verilişi dayandırıldı, uzun müddətli yağış vahimə ilə müşahidə olundu".
Həmkarımızın dediyinə görə, güclü sel və dolu Şamaxının əksər yaşayış məskənlərinə, o cümlədən Sabir qəsəbəsinə, Çarhan, Göylər, Çaylı, Quşçu kəndlərinə ciddi ziyan vurub: "Sabir qəsəbəsində yaşayan Yasəf Ağazadə və Yavuz Əyyubovla, Çarhan kənd sakini Əbdülməcid Məcidovla, Göylər kənd sakini Xeyrulla Şabanovla, Çaylı kənd sakini Mahirlə, Quşçu kənd sakini Zahir Məmmədovla əlaqə saxlamışam. Onlarla söhbətdən məlum oldu ki, intensiv dolu və yağışlar bu kəndlərin küçələrinə, yollarına, bəzi evlərin damlarına ziyan vursa da, canlı tələfat yoxdur. Əsas ziyan Şamaxının dağətəyi kəndlərinə və qışlaqlara dəyib. Belə ki, sərt qışdan kifayət qədər ziyanla və problemlərlə çıxan fermerlər daha bir zərbə alıblar. Bütün otlaq və əkin sahələri selin-suyun altında məhv olub".
F.Orxan bildirib ki, Şamaxı rayonunun dağətəyi əraziləri ilə Aran zonasının qovuşuğunda yerləşən Çöl-Göylər, Bağırlı və Ovculu kəndləri də təbi fəlakətin fəsadlarına məruz qalıb: "Dolu kəndlilərin bir çoxunu zəmidə - ot biçinində haqlayıb. Ovculu və Bağırlı kəndlərinin ot biçinində olan 22 adamı rayondakı fövqəladə hallar komissiyasının göndərdiyi qüvvələrin hesabına canlarını xilas edə biliblər. Həmin ərazilərdə olan 5 yük, 4 minik avtomobili isə güclü sel qarşısına alaraq xeyli aralıya, torpaq sahələrinə axıdıb.
Biz Ovculu kənd sakini İlham Abduləzizovla əlaqə saxlayanda bildirdi ki, 300-400 hektar taxıl sahəsi tam yararsız hala düşüb. Yağış biçənəkləri də kəndlilərin qismətindən çıxardıb. 100-150 baş qoyun-quzu qırılıb. 2 ev isə yaşayış üçün yararsızdır".
Ən ürəkağrıdıcı fakt isə təbii ki, bir gəncin faciəvi ölümüylə bağlıdır: "Ovculu kənd sakini 21 yaşlı Alməmmədov Bilal Ağamustafa oğlu mal-qaranı, qoyun-quzunu kəndə qaytararkən qəfil yağışa tuş gəlib və sel suları onu öz cənginə alaraq aparıb. Gənc kənd yaxınlığındakı göldə boğulub. Yaxşı ki, kənd sakinləri tez duyuq düşüblər və gəncin meyidini göldən çıxara biliblər. Adamları sarsıdan həm
də bu xəbərdir ki, Bilal nişanlıymış. Batmamışdan bir gün sonra qız toyu, mayın 13-də isə oğlan toyu olacaqmış".
Publika.Az
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR
-
Nida Xəbər 16:35
Həbs edilən “Plazalar kralı” görün kimin kürəkəni imiş - FOTO
-
Nəqliyyat16:00
Elektrik benzinə qalib gələ bilmir: Minimum 10 il lazımdır ki...
-
Sosial14:51
Aprel ayından etibarən 4 günlük iş həftəsi tətbiq ediləcək
-
Hadisə14:16
Tələbə ürəktutmadan öldü - FOTO
-
Ekologiya12:05
Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - VİDEO
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI