Qırmızı.az
Mobil telefonların idxalına xüsusi rejim tətbiq ediləcək
Azərbaycanda ölkəyə mobil telefonların idxalı zamanı xüsusi şərtlər tətbiq olunacaq.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, Rabitə Nazirliyi müvafiq dövlət strukturları ilə birlikdə tədbirlər planı hazırlayıb.
Nazir hesab edir ki, Azərbaycanda pərakəndə elektron kommersiya böyük sürətlə inkişaf edir. Əgər 2013-cü ildə elektron kommersiyanın həcmi 1,7 milyon manat təşkil edirdisə, 2014-cü ildə bu göstərici 20 milyon manata çatıb: "Еlektron kommersiya ölkə əhalisi arasında böyük populyarlıq qazanıb. Lakin son vaxtlar bazarda əsasən mobil telefonların qaçaqmalçılığı ilə bağlı arzuolunmaz faktlar aşkar olunub. Biz müvafiq strukturlarla tədbirlər planı hazırlamışıq və plan mobil telefonların idxalı ilə bağlı xüsusi rejimin tətbiqini nəzərdə tutur. Digər istehlak mallarının elektron ticarətinə gəldikdə, bu planda heç bir problem olmayacaq”.
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı








.jpg)





.jpg)
















.jpg)


