Qırmızı.az
Sabahdan bu yollar bağlanır
Sabahdan “TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped
turunun keçirilməsi ilə əlaqədar bəzi yollarda hərəkət
məhdudlaşdırılacaq.
Publika.az-ın məlumatına görə, may ayının 6-da
saat 09.00-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Bibiheybət -
Salyan şosesi (M2) - Sahil qəsəbəsi - Dairəvi yol Qızıldaş - Müşfiq
postu - Bakı-Şamaxı yolu (M4) - Sulutəpə - Ekologiya postu -
Bakı-Quba şosesi (M1) - Masazır - Novxanı (Akvapark) - Corat
qəsəbəsi (dənizqırağı yol) - Sumqayıt istiqamətində və Sumqayıt
şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti
müvəqqəti olaraq məhdudlaşdırılacaq.
May ayının 7-də saat 09.00-dan 15.30-dək Bakı şəhərindən
Şamaxı-İsmayıllı istiqamətində
nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Ayın 8-də saat 09.00-dan 15.00-dək Qəbələ-Oğuz-Şəki
istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, 9-da
saat 09.00-dan 13.30-dək Qəbələ-Ağdaş-Xaldan
dairəsi-Yevlax-Bakı-Qazax yolu-Mingəçevir yolu-Mingəçevir
şəhəri-Mingəçevir-Xaldan dairəsi-Mingəçevir şəhəri "Kür" avarçəkmə
bazasınədək hərəkət müvəqqəti olaraq məhdudlaşdırlacaq.
May ayının 10-da isə səhər saat 10.00-dan 15.00-dək Bakı
şəhərində Azadlıq meydanı – Rəşid Behbudov - Zərifə Əliyeva -
Neftçilər prospekti – İstiqlaliyyət - Sona Vəliyeva - Lermontov -
Teymur Elçin - Mehdi Hüseyn - Parlament prospekti - Hüseyn Cavid
prospekti - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun
- Şəmsi Bədəlbəyli - Bülbül prospekti - Üzeyir Hacıbəyov - Rixard
Zorge - Neftçilər prospekti - Azadlıq Meydanı - Kiçik Qala küçəsi -
Qoşa Qala qapısı marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti
olaraq dayandırılacaq,
Göstərilən vaxtlarda alternativ yollardan istifadə olunmasını xahiş edilir.
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Dobnbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!









.jpg)




.jpg)


















