Qırmızı.az
Qələbənin 70 illiyi belə qeyd edildi - VİDEO/FOTOLAR
1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin
70 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilən hərbi parad
başa çatıb.
Qızıl meydanda Rusiya dövlətinin başçısı Vladimir Putin
Qələbənin 70 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik
edib. Dövlət başçısı müxtəlif xalqların bu müharibədə şücaət
göstərərək həlak olan nümayəndələrinin xatirəsinin daim uca
tutulacağını söyləyib. Böyük Vətən müharibəsində həlak olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra hərbi parad keçirilib. Parada Azərbaycan Silahlı Qüvvələrinin
hərbi qulluqçuları da qatılıb. Mayor Mehdi Mahmudovun rəhbərliyi
ilə 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti Qızıl meydanda
tribunalar qarşısından keçib.
Paradı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların
rəhbərləri, müharibə veteranları izlədilər. Paradda 16 mindən artıq
hərbi qulluqçu, müxtəlif hərbi texnika, təyyarə və helikopterlər
iştirak edib.
Böyük Vətən müharibəsində 700 minə yaxın Azərbaycan vətəndaşı
cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. Onlardan 300 mini həlak
olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 min əsgər və
zabitimiz müxtəlif orden və medallarla təltif edilib.































-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm















.jpg)












.png)

.jpg)






