Günün ulduz falı - 8 APREL
Bizi izləyin

Qoroskop

Günün ulduz falı - 8 APREL

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - vacib olmayan xərclərdən, planlaşdırılmamış bazarlıqlardan çəkinin. Bu gün pulunuzu, mülkiyyətinizi qorumağınız, vacib sənədlər və dəyərli əşyaları gözdən qoymamaq tövsiyə olunur.

Buğa - şikayətlənmək üçün səbəb azdır. Hər şey gözlədiyiniz kimi, hətta ondan da yaxşı olacaq. Başladığınız işlər nə qədər cəsarətlidirsə, uğur ehtimalı da bir o qədər yüksəkdir. Razılıq verməyin məsləhət olduğu cəlbedici təkliflər alacaqsınız. Yaşlı qohumlarınızla mübahisələr istisna deyil. Amma barışıq da özünü çox gözlətməyəcək və bundan sonra qarşılışlı anlaşma zamanı gələcək.

Əkizlər - bu gün sizə heç vaxt ümid edə bilmədiyiniz sürprizlər gətirəcək. Hadisələr nəinki əlverişli, hətta həddindən artıq uğurlu inkişaf edəcək. Şəraitdən itifadə edin, vaxtınızı boş yerə itirməyin. Bu gün nə qədər aktiv və qətiyyətli hərəkət etsəniz, qələbələriniz də o qədər nəzərəçarpacaq olacaq.

Xərçəng - əgər bu gün yeni işə başlayacaqsınızsa, detallara qarşı hədsiz dərəcədə ehtiyatlı və diqqətli, hesab işlərində isə səliqəli olun. Unutmayın: bu gün ən yaxşı fikir də ehtiyatsız icra nəticəsində "ölə" bilər.

Şir - əlverişsiz tendensiyaların təsiri hələ də çox güclüdür və onlarla mübarizə aparmaq olduqca çətindir. Sevdiyiniz şəxsin dəstəyi sevinc bəxş edəcək. O, sizə təsəlli vermək üçün xoş sözlər tapacaq, imkan düşdüyündə isə yardım əlini uzadacaq.

Qız - tamamilə yeni işlərə girişmək, eksperimentlər etmək, istedad və qabiliyyətinizi tətbiq etmək üçün gözlənilməz işlər axtarmaq olar. Hər tərəfdən komplimentlər səslənəcək, sevgi etirafları, evlilik təklifləri istisna deyil. Həyat potensialı yüksəkdir.

Tərəzi - başladığınız işləri başa çatdırmaq üçün münasib gündür. Yeni layihələrə başlamağa tələsməyin: əslində, onlar sizin və müttəfiqlərinizin hesab etdikləri qədər perspektivli deyillər. Bazarlıq etmək olar. Amma bahalı nəsə almaq, istehlak krediti götürmək, dotslardan borc almaq məsləhət deyil.

Əqrəb - həyat potensialınız aşağıdır. Yaxşı ideya çatışmazlığı da bununla izah olunur. Buna görə təəssüflənməyin: bir qədər keçəcək və fantaziyanız yenidən tam gücü ilə işləməyə başlayacaq.

Oxatan - bu gün yalançı ümidlər, yersiz gözləntilər gətirəcək. Siz reallığın gözünün içinə baxmaq əvəzinə, həvəslə illüziyalarınızı qoruyursunuz. Xoşunuza gəlməsə də, məsləhətlərə qulaq asın.

Oğlaq - əvvəlcə elə görünə bilər ki, belə yanaşmanın yeri var, çünki xeyli müsbət emosiya verir. Lakin bu gün həll olunmayan vəzifələrə sonralar yenidən qayıtmaq lazım gələcək - onda təəssüflənəcəksiniz ki, niyə bu gün çalışqanlıq nümayiş etdirməmisiniz.

Dolça - daha bir uğurlu gün. Bu gün işləmək həzzdir. Sizin üçün maraqlı olan işlə məşğul olacaq və buna görə yüksək mükafat alacaqsınız. Heç kim sizinlə mübahisəyə cəsarət etmir: aydındır ki, sizi fikrinizdən döndərmək mümkün deyil. Hadisələrin inkişafı da haqlı olduğunuzu üzə çıxaracaq.

Balıqlar - gücünüzü toplamalısınız: bu gün hansısa nəticələrə nail olmaq üçün işləməli olacaqsınız. Deyəsən, kömək vəd edən insanlar fikirlərini dəyişiblər. Ona görə də yalnız özünüzə bel bağlamalısınız. Maliyyə çətinlikləri mümkündür. / Milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm