Region
Ərdoğan prezident seçiləcəkmi? – SORĞU
İyunun 24-də keçiriləcək seçkilər ərəfəsində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana seçicilərin dəstəyi son bir həftə ərzində 1 faiz yüksəlib və 48,1 faiz təşkil edir.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda “Gezici” sosioloji mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində deyilir.
Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Məhərrəm İncənin reytinqi bir həftə ərzində 27,8 faizdən 29,1 faizə qədər yüksəlib. İYİ Partiyasının namizədi əksinə, 2,7 faiz itirib. Onu seçicilərin 11,4 faizi dəstəkləyir. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Demitaş reytinqi dəyişməyib və onu seçicilərin 10 faizi dəstəkləyir. Səadət Partiyasının sədri Temel Karamollaoğlu və Vətən Partiyasının sədri Doğu Pərinçək reytinqi müvafiq olaraq 1,2 və 0,1 faiz təşkil edir.
Sorğuya əsasən, parlament seçkilərində seçicilərin 48,5 faizi Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) təmsil olunduğu “Cümhur ittifaqı”, 39,8 faizi izə CHP, İYİ və Səadət Partiyalarının yaratdığı müxalifət ittifaqına səs vermək niyyətindədir.
Sorğunun nəticələrinə görə, HDP 10 faizlik baryeri keçərək parlamentə düşə biləcək. Seçicilərin 11,5 faizi partiyanı dəstəkləməyə hazırdır.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Prezident seçkilərinin birinci turunda hər hansı namizəd 50 faiz+1 səs qazana bilməsə, ikinci tur keçiriləcək. Burada birinci turda ən çox səs toplayan iki namizəd mübarizə aparacaq.
Ömər Dağlı
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü


































.jpg)
.jpg)
