Region
Bu ərazilər Türkiyəyə veriləcək, əvəzində... - Ərdoğanın rədd etdiyi TƏKLİFİN ŞOK DETALLARI
Türkiyənin “Haber7” saytının yazarı və “Kanal 7”nin Ankara üzrə nümayəndəsi Mehmet Acet Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçi görüşündən əvvəl Moskvanın Ankaraya etdiyi bir təklif barədə yazıb.
Publika.az xəbər verir ki, mənbəyə istinad edən yazarın sözlərinə görə, Rusiya Türkiyəyə “Türkiyə sərhədi boyu 1000 kvadrat kilometrlik ərazini sizin nəzarətinizə verək, qalanına qarışmayın” şəklində təklif edib.
Mehmet Acet qeyd edib ki, təklif Türkiyə tərəfindən rədd edilib. Onun sözlərinə görə, təklif qəbul ediləcəyi halda, İdlibdə daha əvvəllər Hələb və Gutada qeydə alınan Qroznı modeli tətbiq edilə bilərdi. Beləliklə, İdlib daş dövrünə qayıdacaqdı.
Yazar qeyd edib ki, İdlib əməliyyatının bir başqa nəticəsi böyük bir qətliam və yüz minlərlə insanın Türkiyə sərhədinə doğru köç etməsi olardı.
Bundan başqa, Ankaranın İdlibdə müqavimət göstərməsinin arxa planında Türkiyənin təhlükəsizliyini yaxından maraqlandıran əhəmiyyətli bir səbəb var idi. Mehmet Acet qeyd edib ki, rejim qüvvələri İdlibdə əməliyyat keçirsəydi, növbəti hədəflər Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun nəzarətində olan Afrin və “Fərat Qalxanı” bölgəsi olardı. İdlib razılaşması Türkiyənin Afrin və “Fərat Qalxanı” bölgəsində qazandıqlarının təminat altına alınması demək idi.
Ömər Dağlı
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq



































