Region
Putin, Ruhani və Əsəd Ərdoğanın qarşısında niyə GERİ ÇƏKİLDİ? - Soçi razılaşmasının PƏRDƏARXASI
Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə İdlib
razılığı regiondakı mənzərəni dəyişdi. Bütün dünyanın müharibə
gözlədiyi şəhərdə sülh əldə olundu, Əsəd və müxaliflər arasında
təhlükəsizlik zonası yaradıldı. Maraqlıdır ki, İdlibə hücuma
hazırlaşan Əsəd niyə razılaşmaya boyun əydi? O da maraqlıdır ki,
İran İdlib razılaşmasında yer almadı.
Publika.az xəbər verir ki, türkiyəli yazar Mehmet Acet
İdlib razılaşmasının pərdəarxasında baş verənləri ortaya
çıxarıb.
Türkiyəli yazar qeyd edir ki, Əsəd rejimi bu razılaşmanı
məmnuniyyətlə qarşıladığını açıqladı.
Hərçənd, bu açıqlamanı “Qızıl teştə qan qusmaq” kimi oxumaq
lazımdır. Çünki bu razılaşmanın ilk itirəni Əsəd rejimi oldu.
Ruslar Ərdoğanla razılaşmaq məcburiyyətində qaldılar. Çünki İdlibdə
Türkiyənin nəzarətində Milli Qurtuluş Cəbhəsi adı altında toplanan
60 min döyüşçü var. Əsədin bu ordu ilə döyüşmək gücü yoxdur.
Razılaşmada sürpriz olan İranın İdlib məsələsinə qarışmamasıdır.
Burada iki səbəb var: birincisi, İran daxildə ciddi problemlərlə
məşğuldur. Noyabr ayında ABŞ neft də daxil olmaqla geniş çaplı
sanksiya tətbiq edəcək. İkincisi, İran sanksiyaların tətbiq
ediləcəyi ərəfədə Türkiyə ilə qarşıdurma istəmir. Çünki sanksiyalar
məsələsində Türkiyənin ona dəstək verməsini istəyir.
Putinin Ərdoğanın şərtləri ilə razılaşmasının səbəbi isə İdlibdə
başlana biləcək döyüşlərin Hələbə, Hamaya və Suriyanın digər
ərazilərinə də keçməsi ehtimalı idi.
Asif
-
Cənubi Qafqaz21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin217:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var



































