Region
Türkiyə və ABŞ-la bağlı gündəmi dəyişdirəcək ADDIM: oktyabrın 13-də…
Türkiyə hökumətinə yaxınlığı ilə tanınan “Hürriyyət” nəşrinin yazarı Əbdülkadir Selvi Türkiyədə ev həbsi altında olan amerikalı rahib Endrü Bransonla əlaqədar bir iddia irəli sürüb.
Publika.az xəbər verir ki, yazar Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşan Bransonun oktyabrın 13-də sərbəst buraxılacağını iddia edib.
“Türkiyə onu iqtisadi böhrana aparan yoldakı minaları bir-bir təmizləməyə çalışılır. ABŞ ilə yaşadığımız böhranın tətikləyicisi olan Branson məsələsində əhəmiyyətli yeniliklər gözlənilir. Bransonun vəkili İsmail Cem Halavurtla danışdım. Oktyabrın 3-də Konstitusiya Məhkəməsinə müraciət edəcəyini təsdiqlədi. Müraciətdə Mehmet Altanla bağlı qərar səbəb göstərilərək məhkəmənin Branson barəsindəki qərarın ləğvi istəniləcək. Oktyabrın 12-də məhkəmənin Bransonla əlaqədar qərar verəcəyi gözlənilir. Yəni, bu vəziyyətdə oktyabrın 13-də Bransonu ABŞ-da təyyarənin pilləkənlərindən enərkən görə bilərik”, - o iddia edib.

Xatırladaq ki, daha əvvəl . haqda türk rəsmilərinə istinadən “The Wall Street Journal” nəşri də Türkiyədə ev həbsi altında olan amerikalı rahibin oktyabrın 12-də keçiriləcək növbəti məhkəmə iclasının nəticəsinə görə azad edilə biləcəyini yazmışdı.
Onların sözlərinə görə, Donald Trampın administrasiyası Ankaraya təzyiqi göstərməyi və rahibin azad olunması üçün təkid etməyi dayandırarsa, belə ssenari mümkündür.
Qeyd edək ki, Branson Türkiyədə hələ 2016-cı ildə həbs edilib. O, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunur.
ABŞ prezidenti Donald Tramp yayda Ankaradan rahibi azad etməyi tələb edib və ölkədən idxal edilən polada və alüminiuma əlavə rüsumları tətbiq edib.
Ağ Evdə hesab edirlər ki, rahib oktyabrda azad ediləcək. ABŞ prezidentinin administrasiyasındakı mənbələrin qəzetə danışdığına görə, Vaşinqton Türkiyə tərəfinə təzyiqi azaltmaq barədə qərar verib.
“Əgər oktyabrda heç nə dəyişməyəsə, onda biz Türkiyəyə uçacağıq”, - mənbələrdən biri deyib.
Ömər Dağlı
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO

































.jpg)
.jpg)
