Region
Türkiyənin cənubi-şərqinə hakim olacaq və... – ABŞ-ın dəhşətli PLANININ DETALLARI ORTAYA ÇIXDI
Suriyada PKK/PYD terror təşkilatını 19 min TIR və 5 min yük təyyarəsi silah-sursatla təmin edən ABŞ Şimali İraqın Sincar bölgəsində “ikinci Qəndil” qurmaq istəyir.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, 2014-cü ilin avqustunda İŞİD bəhanəsi ilə PKK tərəfindən işğal edilən Sincarda terror təşkilatının varlığı gələcəkdə Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhdid yarada bilər.
PKK-nın ötən ilin mart ayında şəhəri İraq ordusuna təhvil verdiyi açıqlansa da, Sincarda terror təşkilatının hərbi varlığı gücləndirilir. “Yeni Şəfəq” nəşrinin yazdığına görə, ABŞ Türkiyə-İraq-Suriya üçbucağında yerləşən ən strateji bölgələrindən biri olan Sincara yeni terrorçu qrupları göndərir.
İraq Türkman Cəbhəsi Təşkilatının başçısı Mehmet Seman Ağaoğlunun sözlərinə görə, ABŞ-ın hədəfi “ikinci Qəndil” yaratmaqla, Mosulun şimal-şərqində yerləşən Başikadakı türk hərbi bazası üçün təhdid təşkil etməkdir.
“PKK terrorçularını buraya Amerika hərbi qüvvələri gətirdilər. Amerikanın hədəfi Başika düşərgəsində Türkiyə hərbi qüvvələrinin yolunu kəsməkdir. ABŞ həmçinin Mosula yolu da kəsməyi hədəfləyir”, - o deyib.
Ağaoğlu Sincarın strateji əhəmiyyətinə diqqət çəkib: “Sincara hakim olan İraq şimalına, Suriyada PKK işgalındakı bölgəyə və Türkiyənin cənub-şərqinə hakim olur. Sincara hakim olan İraq və Türkiyə arasında açılması istənilən Ovaköy sərhəd-keçid məntəqəsinə hakim olur. Ovaköy yalnız ikinci bir sərhəd-keçid məntəqəsi deyil, bəlkə də gələcəkdə İraq hökuməti və Türkiyə arasında tək sərhəd-keçid qapısı olacaq. Habur Kürd İraq Regional Muxtariyyətinə açılır və Ərbil iki ölkə arasındakı ticarətə bir çox çətinliklər çıxarır. Ovaköy açılsa ticarət asanlaşacaq. Razılaşma əldə edilib, lakin tək problem təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır”.
Ömər Dağlı
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü













.jpg)



.jpg)




















