Region
Türkiyə addım-addım MÜHARİBƏYƏ DOĞRU: Ərdoğan hədəfi BƏYAN ETDİ - FOTO/VİDEO
Suriyada Fəratın şərqində terror yuvalarını darmadağın edəcəyik.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İspartada keçirilən hərbi mərasimdə bildirib.
“Terror təşkilatına görünməmiş zərbələr vurulur. Sərhədlərimizdən kənarda terrorçular rahat yata bilmirlər, bilirlər ki, qəfil gələ bilərik. Fəratın şərqindəki terror yuvalarını da darmadağın edəcəyik”, - prezident deyib.
Türkiyə Fəratın şərqində olan Münbiçin PYD-dən təmizlənməsi ilə bağlı razılığa gəlsə də, ABŞ Fəratın şərqində kürd qruplaşmalarına dəstəyini davam etdirir. Hazırda Fəratın şərqində - Türkiyə ilə sərhəddə yerləşən böyük ərazilər PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarətindədir. Türkiyə rəhbərliyi buranın terror təşkilatından təmizləməkdə israrlı olduğunu dəfələrlə bəyan edib.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, Türkiyənin Suriyada əməliyyat sahəsini genişləndirməsi yekunda ABŞ-Türkiyə hərbi qarşıdurması ilə nəticələnə bilər. Məsələn, bir müddət əvvəl ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) terrorla mübarizə üzrə keçmiş agenti, “Soufan Group” adlı şirkətin İdarə Heyətinin başçısı Əli Soufan “Nyu York Tayms” nəşrinə deyib ki, ABŞ Suriyada çox incə bir tarazlıq yaratmağa çalışır, lakin Suriyada döyüş meydanı kiçildikcə bu tarazlığı qorumaq qeyri-mümkün olacaq.
Soufan ABŞ-ın iki variantının olduğu qənaətindədir.
“Bu variantlardan biri odur ki, ABŞ kürdlərə dəstəyini böyük ölçüdə azaldacaq. Bu, isə Suriya və İraqda ABŞ-a dəstək olan bir neçə qrup tərəfindən ABŞ-ın yeni bir xəyanəti kimi qiymətləndiriləcək. Digər variant isə ondan ibarətdir ki, ABŞ NATO üzvü Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək riski ilə üz-üzə qalacaq”, - o bildirib.
Ömər
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO

































.jpg)

.jpg)