Region
“Dərin dövlət”in adamı Ərdoğandan əvvəl açıqladı: Qaşıqçının cəsədi... – SENSASİYALI İDDİA
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan və sonradan qətli Ər-Riyad tərəfindən etiraf edilən səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədi konsulluğun evinin quyusunda tapılıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek bildirib.
“Türkiyə dövlətinin təhlükəsizlik qüvvələri konsulluqda aparılan axtarış zamanı cəsədin bəzi hissələrini tapdılar. Hesab edirəm ki, Ərdoğan bu gün bunu açıqlayacaq”, - o deyib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü çıxışında Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Camal Qaşıqçının qətli ilə bağlı hər şeyi danışacağını deyib.
“Burada ədalət axtarırıq. 15 nəfər buraya niyə gəldi, 18 nəfər niyə həbs olundu? Bunlar bütün detalları ilə açıqlanmalıdır. Çərşənbə axşamı daha fərqli şəkildə qrup toplantısında danışacağam. Orada bunların detallarını açıqlayacağam”, - Ərdoğan bazar günü vurğulamışdı.
Ömər
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib


































.jpg)

.jpg)