Region
Üç ölkədən Türkiyəyə qarşı döyüşçülər toplanır: onu “MÜZDLU QATİL” ƏVƏZLƏYİR
ABŞ prezidenti Donald Tramın Suriyadan çəkilmə qərarından sonra istefa verən Suriya üzrə koalisiyada ABŞ-ın xüsusi nümayəndəsi Brett Makqerkin boşluğunu “Yaxın Şərqin muzdlu qatili” adlandırılan Məhəmməd Dahlan dolduracaq.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Dahlan PKK terror təşkilatı və Suriya lideri Bəşər Əsədin nümayəndələri ilə Dubay, Qahirə və Amman şəhərlərində gizli görüşlər keçirib.
Dahlanın planı Türkiyənin Suriyanın Haseke, Deyr-ez-Zor və Rakkada siyasi-hərbi fəaliyyətinin qarşısını almaqdır. Müzakirə olunan məsələlər arasında ABŞ-ın PKK-ya verdiyi silahların ərəb aşirətləri tərəfindən toplanması və İŞİD-ə dəstək verilməsi də var.

Dahlanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyi bildirilir.
Məlumata görə, dekabr ayının əvvəlində Amman şəhərində keçirilən görüşdən sonra Səudiyyə Ərəbistanının kəşfiyyatının Suriya masasının şefi Akiyd Abdurrezak bölgəyə göndərilib. Suriyalı Əbu Saleh Muheydinin müşayiəti ilə Deyr-ez-Zor, Rakka, Rəsulayn, Ayn İsa, Münbiç və Haseke bölgələrini gəzən 6 nəfərlik səudiyyəli heyət 200 milyon dollar paylayıb. Heyət aşirət liderlərindən PKK tərəfindən təşkil edilən anti-Türkiyə toplantılarına qatılması və Türkiyə əleyhinə açıqlamalar verməsi istənilib.
Məhəmməd Dahlanın liderliyində qurulan yeni şəbəkə Türkiyənin əməliyyatlarını çətinə salmağı hədəfləyir. Bunun üçün isə PKK və peşmərgə tərəfindən həbsxanalarda saxlanılan 5 min İŞİD döyüşçüsünün Türkiyə əleyhinə döyüşlərə daxil olması təmin ediləcək. Bundan sonra, Misir, Liviya və Tunis kimi ölkələrdən İŞİD-ə yeni terrorçuların qatılması təmin ediləcək. Deyr-ez-Zor vilayətinə bağlı Hecin bölgəsində sıxışıb qalan İŞİD-in aktivliyinin artırılması və üzvlərinin sayının 20 minə çıxarılması da Dahlan qrupunun fəaliyyət planına daxildir. Yaxın Şərqin ən qaranlıq kəşfiyyat xidmətlərindən biri olan “Əl-Muhaberat” (Suriya) İŞİD-in İdlib, “Fərat Qalxanı” və Afrin kimi bölgələrdə bölmələrinin yaradılması üçün Dahlan qrupu ilə birlikdə çalışacaq.

Dahlan həmçinin 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd edən Fəthullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham olunur.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də Suriyanın şimalında anti-terror əməliyyatı keçirəcəyi barədə anons verib. Dekabrın 19-da isə Donald Tramp Suriyadan çəkiləcəyini açıqlayıb.
Ömər Dağlı
-
Magazin109:40Telli Borçalı efirdə gərgin anlar yaşatdı: Əməkdaşları vurdu - VİDEO
-
Avropa09:33Rusiya bu şəhər üçün ölüm-dirim savaşına girir: Hətta dünya müharibəsinə də hazırdır
-
ABŞ08:10ABŞ şatdauna görə hava nəqliyyatını 10 faiz azaldacaq - Sabahdan etibarən...
-
Sağlamlıq05:15Bu əlamətlər varsa, dərhal həkimə müraciət edin! - Xəbərdarlıq
-
İdman02:07“Qarabağ”ın ÇL-dəki qazancı artdı - Məbləğ nə qədərdir?
-
Qoroskop02:00Günün ulduz falı: Maliyyə sabitliyi üçün yeni planlar qurmalısız
-
İdman01:45Elvin “Qarabağ”dan gedir? - Menecerimlə danışmalıyam
-
İdman5 Noyabr 23:51“Qarabağ” - “Çelsi” matçının ən yaxşısı o oldu - FOTO













.webp)




.png)




















