Region
Ərəb turu əsl oyunu ortaya çıxardı: Trampın Türkiyəni təhdid etməsinin PƏRDƏARXASI
ABŞ prezidenti Donald Trampın Türkiyəni təhdid etməsi gündəmdə bomba effekti yaratdı. Ağ Evin başçısı Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı –red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəni iqtisadi zərbə ilə təhdid edib.
Publika.az xəbər verir ki, Trampın bəyanatını şərh edən Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı iqtisadi təhdidin pərdəarxasını yazıb.
“Tramp “Türkiyə kürdlərə hücum etsə, Türkiyəni iqtisadi olaraq məhv edəcəyik. 20 mil təhlükəsiz zonası quracağıq. Kürdlərin də Türkiyəni təhrik etməsini istəmirik "deyir. Şübhəsiz ki, burada PKK terrorçularından bəhs edir. PKK-nı mühafizə altına almağa davam edəcəklərini söyləyir. Ancaq burada daha sonra işlətdiyi fikir maraqlıdır: biz 20 mil təhlükəsizlik zonası quracağıq. Yəni 32 kilometrlik bir zonadan danışır”, - Taha Dağlı bildirib.
Onun sözlərinə görə, Trampın bəhs etdiyi 32 kilometrlik təhlükəsiz bölgənin içərisində Türkiyənin əməliyyat keçirməyi planlaşdırdığı və Fəratın şərqində PKK işğalında saxlanılan Suriya torpaqları da var:
“PKK-nın işğal etdiyi Münbiç, Ayn əl-Arab, Tel Abyad, Rasulayn kimi Suriya şəhərləri Tramp tərəfindən qeyd olunan təhlükəsiz zonanın bir hissəsidir. Trampın burada verdiyi mesaj PKK terrorçularının Türkiyə sərhədindən 32 kilometr cənuba çəkiləcəyi haqqındadır. ABŞ prezidenti cümlənin davamında PKK terrorçularını işarə edərək “kürdlərin də Türkiyəni təhrik etməsini istəmirik” deyir. Yəni Tramp Türkiyəyə “əməliyyat keçirməyə ehtiyac yoxdur, PKK geri çəkiləcək” mesajı verir”.
Taha Dağlı Trampın Türkiyəni təhdid etdiyi bir vaxtda ABŞ-ın dövlət katibi Maykl Pompeonun Yaxın Şərq turuna diqqət çəkir:
“Pompeo Misirdə idi, daha sonra Birləşmiş Ərəb Əmirlikləri və Qətərə getdi, indi də Səudiyyə Ərəbistanındadır. Bu ölkələri dolaşaraq daha əvvəllər gündəmə gətirdiyi “Ərəb NATO-su” layihəsini aktivləşdirməyə çalışırlar. ABŞ prezidentinin bəyanatı Amerika qoşunların Suriyadan çıxacağını bir daha göstərir. Pompeonun ərəb turuna baxaraq, ABŞ-ın Suriyadan çəkilməsindən sonra bölgəyə ərəb birliklərinin yerləşdirilməsi ehtimalının artdığını söyləyə bilərik. Başqa sözlə, ABŞ Türkiyənin Fəratın şərqində əməliyyat keçirməsini istəmir. Bunun əvəzində PKK terrorçularını sərhəddən uzaqlaşdırıb cənuba çəkəcəyini vəd edir. Öz əsgərlərini də Suriyadan tamamilə çəkərək Türkiyə sərhədindən uzaq bir bölgədə PKK terrorçuların başına ərəb əsgərləri qoymaq istəyir”.
Ömər Dağlı
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi


































.jpg)
.jpg)
