Region
Ərdoğanın Trampın qarşısına qoyduğu 4 şərt: S-400-lər alınsa, FETÖ...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda amerikalı həmkarı Donald Trampla görüşəcəyini açıqlamasından sonra diqqətlər görüşdə müzakirə edilə biləcək məsələlərə istiqamətlənib.
Publika.az xəbər verir ki, iyun ayında Yaponiyada təşkil ediləcək G20 Liderlər Zirvəsi və dekabrda Londonda baş tutacaq NATO Liderləri Zirvəsində bir araya gəlməsi gözlənilən iki liderin bundan öncə təkbətək görüşü planlaşdırılır.
Görüşün tarixi dəqiqləşdirilməsə də, müzakirə olunacaq məsələlərin siyahısı hazırlanır.
Öncəliklə, Suriyanın şimal-şərqində qurulması planlaşdırılan təhlükəsiz bölgənin müzakirəsi, bununla yanaşı, Münbiç və Fərat çayının şərqində yerləşən PYD/YPG terror təşkilatının vəziyyəti gündəmdədir. Ankaranın bu məsələdə əsas tələbləri YPG/PYD-yə verilən silahların geri qaytarılması, terror təşkilatının Münbiçi tərk edərək bölgənin gerçək sahiblərinə geri verilməsidir.
İkinci gündəm məsələ isə Rusiya istehsalı S-400 zenit raket kompleksinin Türkiyəyə tədarüküdür. ABŞ açıq şəkildə Türkiyəyə “S-400-ləri almaqdan vaz keç” mesajını verəndə iqtisadi sanksiyalarla yanaşı, F-35 qırıcılarının istehsalı proqramından çıxarmaqla təhdid edir. Ankara isə bu mövzuda addım atmayacağını qətiyyətli şəkildə nümayiş etdirir. Ərdoğan-Tramp görüşündə bu mövzunun müzakirəsi gözlənilir.
Ankara-Vaşinqton xəttində təxminən, 3 ildir ki, həll olunmağı gözləyən başqa bir məsələ FETÖ terror təşkilatının liderinin Türkiyəyə geri verilməsidir. Ötən ilin fevral ayında məsələ ilə bağlı ortaq işçi qrupu yaradılmışdı. Bilgi və sənədlərin təqdim edilməsinə rəğmən, ABŞ tərəfindən mütləq bir addım hələ də atımayıb.
Son olaraq, Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması və Suriyaya aid Qolan təpələri qərarının gündəmə gəlməsi gözlənilir. Ərdoğan bu məsələlərdəki narahatlığını həmkarının diqqətinə çatdıracaq.
Zümrüd
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
