Region
SON DƏQİQƏ: Türkiyə bu istefa xəbəri ilə ÇALXALANIR
Türkiyənin sabiq Xarici işlər naziri Əli Babacan Ədalət və İnkişaf Partiyasından istefa verib.
Publika.az xəbər verir ki, Babacan özü yazılı açıqlama ilə istefasını təsdiq edib.
Açıqlamasında bunları deyib: “Türkiyənin yeni gələcək vizyona ehtiyacı var. Ölkəmiz üçün hər sahədə doğru analizlər, yenidən düşünülmüş strategiyalar, planlar, proqramlar lazımdır”.

Onun yeni partiya qurmaq üçün hazırlıqlara başladığı iddia olunur.
Qeyd edək ki, Əli Babacan Ədalət və İnkişaf Partiyasının qurucularından biridir. O, AKP-dən 4 dəfə parlamentə millət vəkili seçilib. 58 və 59-cu hökumətlərdə İqtisadiyyat naziri, 60-cı hökumətdə 1 may 2009-cu ilə qədər Xarici işlər naziri vəzifəsini icra edib. May 2005 – yanvar 2009-cu illər arasında Avropa İttifaqına tam üzvlük məsələsində baş məsləhətçi işləyib. 1 may 2009-cu ildən sonra prezident köməkçisi vəzifəsinə təyin olunub. 61 və 62-ci hökumətlərdə isə baş nazirin köməkçisi kimi çalışıb.
Zümrüd
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...


































.jpg)
.jpg)

