Region
Ruhanidən ABŞ-a barışmaq təklifi: "Bunu etsəniz..."
ABŞ Konqresi Birgə Hərtərəfli Fəaliyyət Planını təsdiqləsə və bütün sanksiyalar İranın üzərindən qaldırılsa, İran Parlamenti də bununla bağlı əlavə protokolu sürətli şəkildə təsdiq etməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ-da səfərdə olan prezident ABŞ xarici siyasətinin ümdə şəxsləri ilə görüşüb. Nüvə razılaşmasını mümkün olan ən yaxşı müqavilə kimi dəyərləndirən Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaların hədəfinə çata bilməyəcəyini və təzyiqlərin İran daxilində daha çox müqavimətə səbəb olacağını bildirib: “Vaşinqtonun gözlədiyinin əksinə olaraq, İrandakı bütün partiyalar və qruplar mövcud problemlərin yeganə günahkarı olaraq ABŞ-ı görürlər”.
Yəmən xalqının “Saudi Aramco” hücumlarında İranı günahlandıran ölkələrin silahları ilə bombalandığını söyləyən Ruhani bunları deyib: “Aramco" hücumlarında İranı günahlandıran ölkələr Yəmən müharibəsində bitərəf deyillər. Dolayısı ilə bu ölkələrin ittiham etmək haqqı yoxdur. Bu siyasətin dəyişməsi şərtdir. Prosesin davam etməsi faciəyə yol aça bilər. İrandakı sadə bir olayın fotolarını yayımlayanlar İranı günahlandırmaq yerinə “Aramco”ya atılan raketlərin peyk görüntülərini və dəlilləri niyə paylaşmırlar?”
Ruhani İranın nüvə silahının arxasınca getmədiyini, bölgədə sülhün təmin edilməsini istədiyini deyib. Bütün ölkələri “Hörmüz Sülh Təşəbbüsləri” və “Ümid Koalisiyası”na qatılmağa dəvət edib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)




















.jpg)

.jpg)
