İranda dəhşətli təyyarə qəzası, 180 nəfərin hamısı öldü - ANBAAN VİDEO/FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Region

İranda dəhşətli təyyarə qəzası, 180 nəfərin hamısı öldü - ANBAAN VİDEO/FOTO - (YENİLƏNDİ)

İmam Xomeyni adına Beynəlxalq Hava Limanından havaya qalxan Ukraynaya aid "Boeing 737" tipli layner İranın raketləri ilə vurulub.

Publika.az xəbər verir ki, bu iddia “Əl-Hadath” nəşrində yer alıb.

Xəbərə görə, təyyarə Tehranın hava hücumundan müdafiə kompleksi tərəfindən yanlışlıqla hədəf alınıb. Lakin bu informasiya rəsmi təsdiqini tapmayıb.

Publika.az Trend-ə istinadən xəbər verir ki, İranın Yol və Şəhərsalma Nazirliyinin rabitə və informasiya mərkəzinin direktoru Qasim Biniyaz IRNA-ya açıqlamasında deyib ki, qəzaya uğrayan Ukrayna təyyarəsinin motor hissəsində yanğın baş verib.

Q.Biniyazın sözlərinə görə, pilotun təyyarəni idarə edə bilməməsi qəzaya səbəb olub.

Nazirlik rəsmisi bildirib ki, Ukrayna hava yolları şirkətinə məxsus Boeing 737 təyyarəsi hər hansı raketlə vurulmayıb: "Təyyarə vurulsaydı, havada partlayardı. Ukrayna istiqamətində havaya qalxan təyyarədə 167 sərnişin və 9 ekipaj heyəti olub.

Nazirlik rəsmisi təyyarədə həm İran, həm də digər ölkələrin vətəndaşlarının olduğunu deyib.

***

09:09

İranda Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədəki insanların hamısı həyatını itirib.

Publika.az-ın məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat verib.

“Göyərtədə olan 170 sərnişin və 10 heyət üzvünün hamısı həyatını itirib” - deyə açıqlamada bildirilir.

İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi IRINN-ə verdiyi açıqlamada bildirib ki, hazırda sərnişinlərin meyitləri toplanmaqdadır.

***

08:03

İranda Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, "Boeing 737" tipli layner İmam Xomeyni adına beynəlxalq hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm