Region
Sabiq prezidentdən ŞOK AÇIQLAMALAR - İlk dəfə DANIŞDI
Türkiyənin 11-ci prezidenti Abdulla Gül uzun müddətdən sonra yerli mətbuata müsahibə verib.
Publika.az xəbər verir ki, “Qərar” qəzetinin suallarını cavablandıran sabiq prezident gündəm məsələlərlə bağlı danışıb.
Gül Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almağın yanlış qərar olduğunu deyib: “Türkiyənin demokratik və genişmiqyaslı bir ölkə ola bilməsi üçün qərb bloku daxilində Avropa ilə birgə yer alması lazımdır. Bu baxımdan, açığı, doğru addım olmadığını düşünürəm. Çünki bir ölkənin bir əlində S-400, o biri əlində bu silah sistemlərini bloklamaq üçün təkmilləşdirilmiş təyyarələrin olmayacağını hərbi və diplomatik şəxslərin görməsi vacib idi”.
Sabiq prezident qeyd edib ki, Türkiyə Misirlə münasibətləri düzəltməlidir: “Aralıq dənizini bir almaya bənzətsəniz, Türkiyə və Misiri iki yarısı kimi düşünün. Dolayısı ilə Türkiyə-Misir münasibətləri gündəlik məsələlərdən kənarda diqqətlə müzakirəyə qoyulmalıdır, hər iki ölkənin maraqları baxımından əhəmiyyətli mövqedədir”.
Abdulla Gül Ədalət və İnkişaf Partiyasından ayrılaraq yeni partiya qurmaq niyyətində olan Ali Babacanı dəstəklədiyini, onun təhsilinə, bilgisinə, siyasət üslubuna güvəndiyini bildirib.
O, Türkiyədə tam demokratrik parlament sisteminin hakim olmasını istədiyini dilə gətirib.
Zümrüd
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

