Region
“Muzdlu qatil” Türkiyədə xaos yaratmaq planını işə saldı
BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayedin baş məsləhətçilərindən olan Məhəmməd Dahlan Türkiyədə yeni xaos planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “haber7” saytının yazarı Taha Dağlı deyib.
Türkiyə daxili işlər naziri Süleyman Soylunun Əl-Cəzirə elekanına müsahibəsində “Dahlanın yeni xaos yaratmaq planlarından xəbərdarıq” açıqlamasını xatırladan T.Dağlı qeyd edib ki, bununla bağlı dövlətin əlində dəlillər var.
“Dahlan 15 iyul çevriliş cəhdinin əsas maliyyəçilərindən idi. Bu faktı İngiltərə mediası da yazmışdı. Hətta Dahlan xəbəri yazan ingilis jurnalistini məhkəmə vermişdi, lakin son anda məhkəmə şikayətini geri götürdü. Çünki o bilirdi ki, məhkəmə olsa, çarpaz suallara məruz qalacaq və Türkiyədəki çevriliş cəhdində rolu ortaya çıxa bilər. Bir müddət öncə bu şəxsin Türkiyədə iki casusu tutuldu, ondan sonra Türkiyə sərhədində yerləşən casus şəbəkəsi de-şifrə edildi. Faktlar göstərir ki, Dahlanın bağlı olduğu dairələr Türkiyədə xaos hazırlamaq planlarından əl çəkmirlər. Bu planı həyata keçirən Dahlandır və yaxın dövrdə planı həyata keçirmək istiqamətində çalışırlar. Lakin bu alınmayacaq, Süleyman Soylunun da dediyi kimi, dövlət belə oyunlardan xəbərdardır”, - T.Dağlı bildirib.
Qeyd edək ki, M.Dahlan Yaxın Şərqin “muzdlu qatili” olaraq tanınır.
Asif
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi


































.jpg)
.jpg)
